Antinarkotik təbliğatı və təşviqatı işlərinin gücləndirilməsi məqsədilə yeni çap məhsulları hazırlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 sentyabr, AZƏRTAC
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq antinarkotik təbliğatı və təşviqatı işlərinin gücləndirilməsi məqsədilə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, İşçi Qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Psixotroplar maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət” və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı çap məhsullarının paylanılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















