Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) və AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri arasında görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə DMA-nın Azərbaycan vətəndaşlarının xarici ölkələrdə rəsmi və təhlükəsiz iş yerləri ilə təminatına dəstək göstərilməsi ilə bağlı yeni layihəsindən bəhs olunub.
Həmin iş yerlərinin bir qismi dənizçilik və gəmiçilik sahəsinə aid olduğundan bu sahədə ASCO ilə əməkdaşlıq imkanları müzakirə olunub. Layihə çərçivəsində xaricdə mövcud olan vakansiyaların əvvəlcədən təhlükəsizlik, etibarlılıq və hüquqi baxımdan araşdırıldıqdan sonra vətəndaşlara təqdim edildiyi qeyd olunub.
Müzakirələrdə vurğulanıb ki, ASCO-nun beynəlxalq əlaqələrinin genişliyi bu istiqamətdə əməkdaşlığa zəmin yaradır. Ona görə də dənizçilik peşələri üzrə uyğun vakansiyaların müəyyənləşdirilməsi, ilkin araşdırılması və düzgün mənbələr üzrə yönləndirilməsi məsələlərində ASCO-nun dəstək imkanları nəzərdən keçirilib.
İki qurum arasında əməkdaşlığın vətəndaşların xaricdə qeyd edilən iş yerləri üzrə təhlükəsiz və rəsmi məşğulluğuna, eyni zamanda, dənizçilik sahəsində ixtisaslı kadrların daha səmərəli istiqamətləndirilməsinə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Dekabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















