Icma.az
close
up
RU
Antiperspirantların daha bir zərəri üzə çıxdı

Antiperspirantların daha bir zərəri üzə çıxdı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dünyada və qonşu Türkiyədə yaşlı əhalinin payı artdıqca, Alzheimer və demans kimi xəstəliklər də artıq ailələrin kabusuna çevrilir. Əvvəllər bu xəstəliklərin əsasən genetik olduğu düşünülürdüsə, son araşdırmalar mənzərənin tam fərqli olduğunu üzə çıxarıb. Məlum olur ki, gündəlik həyatda fərqinə varmadan təmasda olduğumuz ətraf mühit amilləri beyin sağlamlığı üçün daha böyük risk yaradır.
Demorkat.az xəbər verir ki, həkimlərin fikrincə, Alzheimer yalnız yaşla bağlı xəstəlik deyil. İçdiyimiz sudan istifadə etdiyimiz gündəlik məhsullara qədər bir çox detal bu riskin formalaşmasında mühüm rol oynayır.
Açıqlanan rəsmi rəqəmlərə görə, Türkiyədə yaşlı əhali son beş ildə 16 faiz artıb. Dünya Səhiyyə Təşkilatının məlumatında isə hazırda dünyada təxminən 50 milyon demans xəstəsinin olduğu bildirilir. Bu artım fonunda həkimlər Alzheimer riskini yüksəldən səbəblərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayır.
Mövzu ilə bağlı danışan həkim Selen Gür Özmen bildirib ki, alüminium orqanizmə müxtəlif yollarla daxil ola bilir və beyində toksik təsir göstərərək Alzheimer riskini artıra bilər. Xüsusilə içməli suda olan alüminium və silika miqdarı təhlükə yaradır. Fransanın cənub-qərbində aparılan geniş araşdırmada içməli suda alüminium səviyyəsi yüksək olan bölgələrdə yaşayan yaşlılarda demans riskinin iki, Alzheimer tipli demansın isə üç dəfə artdığı müəyyən edilib.
Həkimin sözlərinə görə, risk yalnız su ilə məhdudlaşmır. Gündəlik istifadə edilən bəzi roll-onlarda alüminium tərkibli maddələr olur və bu maddələr tər vəzilərini bağlayaraq tərləmənin qarşısını alır. Lakin çox az miqdarda alüminiumun belə sinir sistemi üçün zərərli olduğu artıq elmi araşdırmalarla sübut edilib. Dəridə kəsik və ya zədə olduqda bu maddə birbaşa orqanizmə keçə bilər. Bu səbəbdən alüminiumsuz məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Hava çirkliliyi də Alzheimer riskini artıran amillər sırasındadır. Araşdırmalar göstərir ki, havanın çirkli olduğu ərazilərdə yaşayan insanlarda bu xəstəliyə tutulma ehtimalı xeyli yüksəlir. Bundan başqa, bəzi mədə qoruyucu və anti-asid dərmanların tərkibində də alüminium ola bilər. Uzun müddət və nəzarətsiz şəkildə bu dərmanlardan istifadə edən şəxslərdə demans və Alzheimer riskinin artdığı müşahidə edilib.
Mütəxəssislər D vitamini çatışmazlığının da bu xəstəliklə əlaqəli olduğunu bildirir. Günəşli ölkə olmasına baxmayaraq, əhalinin böyük hissəsində D vitamini səviyyəsi aşağıdır. Bu isə Alzheimer riskini artıran əlavə faktor kimi qiymətləndirilir. Həkimlər ildə ən azı bir dəfə D vitamini səviyyəsinin yoxlanmasını məsləhət görür.
Qidalanma məsələsi də diqqət mərkəzində saxlanılır. Son illər Alzheimer bəzi tibbi çevrələrdə beynin üçüncü tip şəkər xəstəliyi kimi dəyərləndirilir. Beyində insulin balansının pozulması yaddaş problemlərini sürətləndirir. Həddindən artıq şəkərli qidalar, artıq çəki və tip 2 diabet bu riski daha da yüksəldir. Mütəxəssislər balanslı qidalanma və müntəzəm fiziki aktivliyin qoruyucu təsir göstərdiyini qeyd edir.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri