Icma.az
close
up
RU
Çay paketlərinin yeni zərəri üzə çıxdı

Çay paketlərinin yeni zərəri üzə çıxdı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çay bütün dünyada, xüsusilə də Azərbaycanda istehlak edilən ən məşhur isti içkilərdən biridir.

"Cebheinfo.az" xəbər verir ki, günün istənilən vaxtı çaydan həzz alan çay içənləri əsəbiləşdirən araşdırmanın nəticəsi açıqlanıb.

Barselona Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, çay paketləri bədənə təhlükəli miqdarda mikroplastik buraxır.

Tədqiqat müxtəlif çay paketləri təhlil edilərək aparılıb və məlum olub ki, hər çay paketi milyardlarla mikroplastik hissəciklər buraxır.

Bu mikroplastiklərin çoxu bağırsaqlardakı selik əmələ gətirən hüceyrələr tərəfindən sorulduğu halda, bəzilərinin genetik materialın yerləşdiyi hüceyrə nüvəsinə belə çata bildiyi müəyyən edilmişdir.

Tədqiqatçılar bu vəziyyətin insan sağlamlığına potensial təsirlərinin kifayət qədər narahatlıq doğurduğunu bildirirlər.

Mikroplastik və nanoplastiklərin ətraf mühitə təsirləri ilə yanaşı, qida qablaşdırması və çay paketləri kimi mənbələrdən bədənə daxil olması da əhəmiyyətli problem yaradır deyən tədqiqatçılar, bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Araşdırma "Chemosphere" elmi jurnalında dərc olunub. Tədqiqat çərçivəsində üç müxtəlif növ çay paketi araşdırılıb: onlayn sifariş edilən polipropilen paketlər və supermarketdən əldə edilən tərkibi naməlum filtrli polimer torbalar.

Nəticələr göstərdi ki, bu çay paketlərinin hər biri insan orqanizminə yüksək miqdarda nano ölçülü plastik hissəciklər buraxıb. Polipropilen çay paketlərinin ən çox mikroplastik buraxan növü olduğu müəyyən edilib.

Mikroplastiklərin insan orqanizminə təsiri hələ də araşdırılır. 

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) görə, bu plastiklər hormonal pozğunluqlara, çəki artımına, insulin müqavimətinə, reproduktiv sağlamlığın azalmasına və xərçəngə səbəb ola biləcək ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir.

Milli Sağlamlıq İnstitutu (NIH) mikroplastiklərin həm insanlara, həm də ətraf mühitə təsirini də araşdırıb.

Tədqiqatçılar mikroplastiklərin hormon sistemi pozucularını tetikleye biləcəyini və bunun müxtəlif növ xərçəng və reproduktiv sistem pozğunluqlarına səbəb ola biləcəyini söyləyib.

Tədqiqatçılar qeyd edirlər ki, çay paketlərinin təhlükəsizliyi ilə bağlı daha şüurlu seçimlər edilməlidir.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri