Icma.az
close
up
RU
Sadəcə qadınlar oxusun Smartfonların daha bir zərəri üzə çıxdı

Sadəcə qadınlar oxusun Smartfonların daha bir zərəri üzə çıxdı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alman alimlərinin apardığı geniş araşdırma qadınların menstruasiya dövrləri ilə Ayın fazaları arasındakı qədim uyğunluğun artıq zəiflədiyini üzə çıxarıb.

Milli.Az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmada 176 qadının 2 ildən 37 ilə qədər dəyişən müşahidə qeydləri təhlil edilib. Qadınların orta yaşı 25,9 olub və onlar nə doğum nəzarəti üçün hormonal vasitələrdən istifadə ediblər, nə də həyat tərzində ciddi dəyişikliklər müşahidə olunub. Məlumatlar həm ənənəvi kağız qeydləri, həm də son illərdə smartfon tətbiqləri vasitəsilə toplanıb.

Nəticələr göstərib ki, 2010-cu ilə qədər menstruasiya dövrlərinin başlanğıcı tez-tez yeni ay və ya dolunayla üst-üstə düşürdü. Bu uyğunluq xüsusilə gənc qadınlarda daha aydın görünürdü, lakin yaş artdıqca, xüsusilə 35-dən sonra, dövrün uzunluğu azaldığı üçün sinxronluq tədricən pozulurdu. Araşdırmaya görə, 2010-cu ildən sonra bu əlaqə daha da zəifləyib. Bununla belə, alimlər qeyd edirlər ki, yanvar ayında Ay və Günəşin Yerə təsir edən cazibə qüvvəsi gücləndiyindən müəyyən qədər sinxronluq hələ də hiss olunur.

Tədqiqatçılar bu dəyişimin əsas səbəblərindən birinin ağıllı telefonların həyatımızda getdikcə daha çox yer alması olduğunu bildirirlər. Gecə saatlarında parlaq ekranlara baxmaq bioloji saatı pozur, yuxu və oyanıqlıq ritmini dəyişir və nəticədə aybaşı dövrlərinə də təsir göstərə bilir. Alimlərin fikrincə, qadın orqanizminin təbii ritmləri yalnız Ay işığı ilə deyil, həm də cazibə qüvvəsi ilə bağlıdır, lakin texnologiyanın yaratdığı işıq kirliliyi bu mexanizmləri zəiflədə bilər.

Mütəxəssislər vurğulayırlar ki, menstruasiya ilə Ay fazaları arasındakı bioloji əlaqənin dəqiq səbəbləri hələ tam öyrənilməyib. Həmçinin, bu dəyişikliklərin qadın sağlamlığına uzunmüddətli təsiri barədə suallar açıq qalır və gələcəkdə əlavə elmi araşdırmalara ehtiyac var.

Gülsüm
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Sentyabr 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri