Icma.az
close
up
RU
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin edib

Antiterror tədbirləri tam və qəti Qələbəni təmin edib

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Lakin razılaşmaya baxmayaraq, bölgədə gərginlik tam aradan qalxmadı. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağda qanunsuz şəkildə mövcudluğunu davam etdirdi. 2020-ci ildən sonra bu silahlı birləşmələrin sayı 10 min nəfəri keçmişdi ki, bu da birbaşa üçtərəfli Bəyanatın pozulması demək idi”. Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkili 2021-ci ildən etibarən erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə terror aktlarının həyata keçirildiyini qeyd edib: “Ermənistanda istehsal edilmiş yeni tipli minalar Azərbaycanın mülki və hərbi personalına qarşı istifadə olunurdu. Bu, bir daha sübut edirdi ki, Ermənistan və onun dəstəklədiyi separatçı rejim bölgədə sülh və sabitlik istəmir. Bu vəziyyət 2023-cü ilin 19 sentyabrında pik həddə çatdı. Qarabağda yerləşən erməni silahlı dəstələri genişmiqyaslı təxribatlara və terror hücumlarına əl atdılar. Azərbaycan Silahlı Qüvvələri məhz bu təxribatlara cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın məqsədi həm təhlükəsizliyə qarşı olan təhdidləri aradan qaldırmaq, həm də Azərbaycanın Konstitusiya quruluşunu tam bərpa etmək idi”.
Kamaləddin Qafarov bildirib ki, antiterror əməliyyatı həm də Azərbaycanın müasir hərbi gücünün və siyasi iradəsinin bariz göstəricisi idi: “Əməliyyat çox qısa müddətdə – cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Separatçı silahlı dəstələr müqavimət göstərə bilməyərək ağ bayraq qaldırmağa məcbur oldular. Bundan cəmi 9 gün sonra - sentyabrın 28-də, Qarabağdakı qondarma rejimin rəhbəri Samvel Şahramanyan “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənəd imzaladı. Bu sənəd, Ermənistanın illərdir bölgədə yaratmağa çalışdığı separatçı qurumun rəsmi şəkildə süqutu demək idi. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi üçün strateji dönüş nöqtəsi oldu. Bu əməliyyat təkcə hərbi yox, həm də siyasi və hüquqi baxımdan Azərbaycanın tam suverenliyinin bərpası yolunda atılmış həlledici addım idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri