Icma.az
close
up
RU
Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 1 noyabr, AZƏRTAC

Avropa çempionatında olduğu kimi, dünya çempionatında da qızıl medal qazanmaq istəyirdim. Lakin alınmadı. Böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak etdiyim üçün təcrübəm çatmadı. İnşallah, növbəti dəfə Azərbaycan yığmasına qızıl medal qazandırmağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev jurnalistlərə açıqlamasında deyib.

92 kiloqram çəki dərəcəsində üçüncü yeri tutan idmançı yarımfinal görüşündə buraxdığı səhvlərdən danışıb: “Amerikalı rəqibimlə yarımfinal görüşündə əvvəlcə hər şey yaxşı gedirdi. Sonradan bir qədər tələsməyə başladım. Demək olar ki, öz səhvlərim ucbatından məğlub oldum. Belə yüksək səviyyədə mübarizə aparmaq üçün təcrübəm bir qədər çatmadı”.

İdmançı dünya çempionatına qızıl medal qazanmaq məqsədilə gəldiyini vurğulayıb: “Həm məşqçilərim, həm də özüm qızıl medal gözləyirdik. Düşünürəm ki, bu nəticə mənim üçün bürünc medal qazanmaqdan daha çox qızılı əldən vermək deməkdir”.

Gələcək planlarından danışan A.Tsokayev çəkisini artırmaq istədiyini söyləyib: “İnşallah, çəkimi artırmalıyam. Hələ baxacağıq, necə alınacaq. Hazırda çəkim bu çəki dərəcəsinin həddindən təxminən 2 kiloqram azdır. Bir qədər çəki artırmalıyam. Bu çəkidə mübarizə aparmaq çətindir”.

Qeyd edək ki, Ali Tsokayev dünya çempionatında 92 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə İran təmsilçisi Əmirhüseyn Firuzpura qalib gəlib.

Elşən Rüstəmov

AZƏRTAC-ın müxbiri

Astana 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri