Icma.az
close
up
RU
Antonio Quterreş: Qlobal temperaturun artması sosial böhranı dərinləşdirir

Antonio Quterreş: Qlobal temperaturun artması sosial böhranı dərinləşdirir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

COP30 iqlim sammiti üçün Braziliyada toplaşan dünya liderlərinə müraciət edən BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı qlobal temperaturu aşağı salmaq və 1,5°C hədəfini əlçatan səviyyədə saxlamaq üçün təcili tədbirlər görməyə çağırıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, A.Quterreş Belemdə etdiyi müraciətdə bildirib: “Temperaturun hər bir dərəcə artması xüsusən də emissiyalar üzrə ən az məsuliyyət daşıyanlar üçün daha çox aclıq, köçkünlük və itki deməkdir. Ekosistemlərin vəziyyəti geri dönülməsi mümkün olmayan nöqtələrdən kənara çıxara, milyardlarla insanı yaşamaq üçün yararsız şəraitə məruz qala, sülh və təhlükəsizliyə təhdidlər güclənə bilər.

Baş katib əlavə edib ki, qlobal istiləşmənin qarşısının alınmaması mənəvi uğursuzluğa və ölümcül səhlənkarlığa bərabərdir. O, hər ilin daha isti keçdiyini, bunun iqtisadiyyatlara zərbə vurduğunu, bərabərsizlikləri dərinləşdirdiyini və inkişaf etməkdə olan ölkələrə ən ağır təsir göstərdiyini qeyd edib. A.Quterreş vurğulayıb: “Onilliklər boyu davam edən gecikmədən sonra elm bizə deyir ki, 1,5°C həddindən artıq müvəqqəti temperatur artımı labüddür. Bu temperatur artımının miqyasını və müddətini məhdudlaşdırmaq və onu tez bir zamanda azaltmaq üçün fundamental bir paradiqma dəyişikliyinə ehtiyacımız var. Hətta müvəqqəti temperatur artımı hər bir millət üçün daha böyük dağıntılara və xərclərə səbəb olacaq”.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri Seleste Saulo onun sözlərini təkrarlayaraq bildirib ki, istixana qazı tullantıları hazırda ən yüksək səviyyədədir. O əlavə edib: “Bu ilin yanvar-avqust ayları arasında Yer kürəsinin orta temperaturu sənayeləşmədən əvvəlki səviyyələrdən təxminən 1,42°C yüksək olub, okeanlarda da istiləşmə rekord həddə çatıb ki, bu da dəniz ekosistemlərinə və iqtisadiyyatlar uzunmüddətli ziyan vurur”.

ÜMT-nin COP30 ərəfəsində günü dərc etdiyi 2025-ci il üzrə “Qlobal iqlim vəziyyəti” hesabatına görə, planetin amansız istiləşmə tendensiyası yavaşlama əlaməti göstərməyib və 2025-ci ilin tarixdə ikinci və ya üçüncü ən isti il olacağı proqnozlaşdırılır. Təşkilat xəbərdarlıq edir ki, 2015-ci ildən 2025-ci ilə qədər 11 illik müddət 176 il əvvəl qeydə alınmağa başlayandan bəri ən isti dövr olacaq.

Seleste Saulo daha sonra bildirib: “Misli görünməmiş yüksək temperatur seriyası keçənilki istixana qazı səviyyələrinin rekord artımı ilə birlikdə qlobal istiləşməni növbəti bir neçə ildə müvəqqəti olaraq bu hədəfi aşmadan 1,5°C ilə məhdudlaşdırmağın mümkün olmayacağını açıq şəkildə göstərir”. O, vurğulayıb ki, elm hələ də əsrin sonuna qədər temperaturu bu həddən aşağı salmağın mümkün olduğunu göstərir.

Hesabat diqqəti iqlim təsirlərinin artan kəskin mənzərəsinə çəkir. Arktika dəniz buzları tarixdə ən aşağı qış maksimumuna çatıb, Antarktida dəniz buzları isə orta səviyyədən xeyli aşağıda qalıb. Qlobal dəniz səviyyəsinin yüksəlməsi 1990-cı illərdən təxminən iki dəfə sürətlidir, okeanların istiləşməsi və buzların əriməsi səbəbindən bu tendensiya davam edir. Dağıdıcı daşqınlar və fırtınalardan tutmuş uzunmüddətli isti dalğalara və meşə yanğınlarına qədər ekstremal hava hadisələri qida sistemlərini sıradan çıxarır, icmaları köçə məcbur edir və bir çox bölgədə iqtisadi inkişafa mane olur.

A.Quterreş COP30-a bildirib ki, 1,5°C həddi bəşəriyyət üçün qırmızı xətt olaraq qalır. O, tullantıların sürətli azaldılmasına, qazıntı yanacaqlarından tədricən imtina edilməsinə, meşələrin və okeanların daha güclü qorunmasına çağırıb.

Baş katib təmiz enerji inqilabının artan tempini vurğulayaraq, bərpaolunan enerji mənbələrinə qoyulan investisiyaların hazırda qazıntı yanacaqlarına yatırılan sərmayələri 800 milyard dollar üstələdiyini qeyd edib. “Təmiz enerji qiymət, performans və potensial baxımından qalib gəlir, amma hələ də çatışmayan amil siyasi cəsarətdir”, -deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri