Icma.az
close
up
RU
AP “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

AP “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını (Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində qlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğu qənaətindədir.

APA xəbər verir ki, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı ilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə “iqlim, sülh və təhlükəsizlik gündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış, xüsusilə COP29 zamanı ‘Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı’nın qəbul olunması ilə aydın şəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.

Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlim dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım, sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı əlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühüm beynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiq edir.

Eyni zamanda, bu qiymətləndirmə Azərbaycanın qlobal iqlim diplomatiyasında lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində sülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz göstəricisidir.

COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə təqdim edilmiş Bakı Çağırışı dünyanın 50-dən artıq dövlətini və beynəlxalq təşkilatını, iqlim və inkişaf maliyyəsi üzrə təsisatlarını, həmçinin 300-dən artıq vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir araya gətirərək, xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərində dayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgə öhdəlikləri ehtiva edir.

Bununla yanaşı ölkəmizin COP29-a Sədrliyi dövründə BMT-nin Baş Assambleyası kimi mötəbər platformalarda keçirtdiyi yüksək səviyyəli tədbirlər, Bakı Çağırışına əsasən təsis edilmiş Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim fəaliyyəti və sülh sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin iqlim dəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələrin dəstəklənməsi sahəsində istiqamətverici çərçivə mexanizmi olduğuna dəlalət edir.
Ölkəmizin bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindən İllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcəkdir. İqlim diplomatiyasının lider ölkələrinin dövlət rəsmiləri, beynəlxalq təşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir araya gətirərək tədbirdə Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələn konkret fəaliyyətlərə start verilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri