Icma.az
close
up
RU
Batumidə Azərbaycanın üç əlamətdar hadisəsi qeyd edilib FOTOLAR

Batumidə Azərbaycanın üç əlamətdar hadisəsi qeyd edilib FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə ölkənin müasir tarixində xüsusi önəm daşıyan üç əlamətdar hadisəyə – 15 İyun - Milli Qurtuluş Günü”, 26 İyun - Silahlı Qüvvələr Günü və 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilmiş dəyirmi masa keçirilib. Baş Konsulluqdan SİA-ya bildirilib ki, tədbirdə konsulluğun əməkdaşları ilə yanaşı, Gürcüstanın Acarıstan bölgəsində təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının təmsilçiləri, ictimai xadimlər, Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının nümayəndələri, media mənsubları və yerli azərbaycanlı icma üzvləri iştirak ediblər.

Baş konsul Fuad Əzizov tədbiri açaraq, ilk növbədə, 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş danışıb. O bildirib ki, 1993-cü ilin məhz bu günü xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub.

Daha sonra 26 İyun – Silahlı Qüvvələr Günü barədə danışan Baş konsul Azərbaycan Ordusunun formalaşma tarixi, inkişaf mərhələləri və 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər barədə məlumat verib. Vurğulanıb ki, bu qələbə Ulu Öndərin “Güclü dövlət üçün güclü ordu” prinsipinin təntənəsidir. Fuad Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də əhəmiyyətli uğurlar qazanıb.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının hüquqi və siyasi önəmi barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüs ölkədə hüquqi dövlət quruculuğu və milli suverenliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Konstitusiya Azərbaycanın dövlətçilik əsaslarını və demokratik dəyərlərini qoruyan ali hüquqi sənəd olaraq, artıq Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün ölkə ərazisində tətbiq olunur.

Çıxışlarda bildirilib ki, bu üç hadisə - qurtuluş, güclü ordu və suverenlik - bir-birini tamamlayaraq müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir.

Tədbirdə iştirak edən tələbələr, diaspor üzvləri və ictimai fəallar da çıxış edərək hər üç əlamətdar hadisənin Azərbaycan xalqı üçün dərin mənəvi, tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda iştirakçılara 15 İyun – Milli Qurtuluş Günü, 26 İyun – Silahlı Qüvvələr Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırlanmış qısametrajlı filmlər təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri