Icma.az
close
up
RU
Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi

Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Lökbatan qəsəbəsində tanışını qətlə yetirməkdə ittiham olunan paytaxt sakini Məzahir Bayramovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesin ilkin mərhələsində təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək məhkəmənin diqqətinə çatdırıb ki, sözügedən cinayət işi ATV kanalında yayımlanan "Bizimləsən" verilişində (aparıcı Zaur Baxşəliyev) müzakirə məsələsi olub.

Verilişdə şahidlərdən biri olan, həmçinin qətlə yetirilən İlham Haqverdiyevin anası və zərərçəkən kimi tanınan Xalidə Əliyevanın cinayət işi ilə bağlı ATV-dəki verilişdə iştirak edərək müəyyən açıqlamalar vermələri məhkəmə istintaqı dövründə yolverilməz hal kimi qiymətləndirilib. Buna görə də televiziya kanalına xəbərdarlıq verilməsi ilə bağlı vəkil vəsatət təqdim edib.

Məhkəmə tərəfindən Xalidə Əliyevaya xəbərdarlıq edilərək məhkəmə istintaqı dövründə TV verilişlərdə iştirak etməməsi tövsiyə olunub.

Zərərçəkən Xalidə Əliyeva isə cinayət işinin istintaqının obyektiv aparılmamasını əsas gətirərək verilişlərdə iştirakını davam etdirəcəyini deyib.

Dövlət ittihamçısı da, öz növbəsində, cinayət işinin televiziya verilişlərində müzakirə olunmasını yolverilməz adlandırıb.

Məhkəmə prosesi dekabrın 6-na təyin olunub.

Xatırladaq ki, hadisə bu il martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri