Icma.az
close
up
RU
Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi

Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lökbatan qəsəbəsində tanışını qətlə yetirməkdə ittiham olunan paytaxt sakini Məzahir Bayramovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesin ilkin mərhələsində təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək məhkəmənin diqqətinə çatdırıb ki, sözügedən cinayət işi ATV kanalında yayımlanan "Bizimləsən" verilişində (aparıcı Zaur Baxşəliyev) müzakirə məsələsi olub.

Verilişdə şahidlərdən biri olan, həmçinin qətlə yetirilən İlham Haqverdiyevin anası və zərərçəkən kimi tanınan Xalidə Əliyevanın cinayət işi ilə bağlı ATV-dəki verilişdə iştirak edərək müəyyən açıqlamalar vermələri məhkəmə istintaqı dövründə yolverilməz hal kimi qiymətləndirilib. Buna görə də televiziya kanalına xəbərdarlıq verilməsi ilə bağlı vəkil vəsatət təqdim edib.

Məhkəmə tərəfindən Xalidə Əliyevaya xəbərdarlıq edilərək məhkəmə istintaqı dövründə TV verilişlərdə iştirak etməməsi tövsiyə olunub.

Zərərçəkən Xalidə Əliyeva isə cinayət işinin istintaqının obyektiv aparılmamasını əsas gətirərək verilişlərdə iştirakını davam etdirəcəyini deyib.

Dövlət ittihamçısı da, öz növbəsində, cinayət işinin televiziya verilişlərində müzakirə olunmasını yolverilməz adlandırıb.

Məhkəmə prosesi dekabrın 6-na təyin olunub.

Xatırladaq ki, hadisə bu il martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see127

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see122

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri