Icma.az
close
up
RU
Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib: aparıcı haqqında hökm çıxarıldı

Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib: aparıcı haqqında hökm çıxarıldı

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azad Azərbaycan” televiziyasının (ATV) aparıcısı Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. Bu məqsədlə, məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Bizimyol.info xəbər verir ki, xüsusi ittihamçı Sədaqət Dadaşova aparıcı Zaur Baxşəliyevin, eləcə də ATV-də yayımlanan “Bizimləsən” verilişində çıxış etmiş keçmiş həyat yoldaşı Nəriman Rəhimovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Bunun üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Sədaqət Dadaşova bildirib ki, Zaur Baxşəliyev doğruluğunu yoxlamadan, onun şərəf və ləyaqətini aşağılayan, heysiyyatına toxunan məlumatları efirə verib. Nəriman Rəhimovun onun uşaqlarının atası olmadığını iddia edib: “Məni “lağa” qoyaraq deyir ki, Nəriman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var...”

Qeyd edək ki, proqramda iştirak edən Nəriman Rəhimov aliment ödənişi ilə əlaqədar ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

“Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil. DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür. Bu, kimin uşağıdır soruşur, “səninkidir” deyirlər. Bunların hamısını studiyamıza gələn Rəhimov Nəriman deyir. Bu həqiqətdirmi, yoxsa yox? Gəlsin studiyamıza, öyrənək” – Nəriman Rəhimov “Bizimləsən” proqramında belə təqdim olunub.

Sədaqət Dadaşova bildirir ki, heç bir araşdırma aparmadan Zaur Baxşəliyev, studiyadakı ekspertlər onu ittiham ediblər, indiyə qədər aldığı alimentləri qaytarmasını tələb ediblər. Verilişdə səslənən fikirləri bütün Azərbaycanda, hətta xaricdə yaşayan tanışları, qohumları da izləyib. Bütün bunlar övladları ilə münasibətlərinə də təsir göstərib. Birtərəfli qaydada onu ittiham etdiyinə görə həm Zaur Baxşəliyevin, həm də keçmiş ərinin cəzalandırılmasını tələb edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Baxşəliyev ittihamı qəbul etməyib. Aparıcı deyib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil. O cümlədən, Nəriman Rəhimovu da əvvəldən tanımayıb. Vətəndaş müraciət edərək, aliment problemi ilə əlaqədar ölkədən çıxışına heç bir əsas olmadan qadağa qoyulduğunu bildirib və kömək istəyib: “Biz də dəvət etdik. Mən efirdə vasitəsiz nitqdən istifadə edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərimanı tanıyıram. Sədaqət xanım əvvəl müraciət etsəydi, onu çağıracaqdım”.

Zaur Baxşəliyev qeyd edib ki, Sədaqət Dadaşova qarşı tərəf olaraq, təqdim etmək istədiyi sənədləri normal üsullarla verməkdən imtina edib, hədə-qorxu tonu ilə danışıb: “Əgər o istəsəydi, telefonla canlı efirə bağlanardı, üzü bağlı formada efirə verərdik. Deyilən ifadələr vasitəsiz nitqlərdir. Nəriman Rəhimovun dedikləri və rəsmi sənədlər əsasında o fikirləri səsləndirmişəm”.

O, əlavə edib ki, səsləndirdiyi ifadələrdə böhtan və təhqir xarakterli heç nə yoxdur və bəraət verilməsini istəyib.

Məhkəmə Zaur Baxşəliyevin əməlinə hüquqi qiymət verərkən belə nəticəyə gəlib ki, onun tərəfindən səsləndirilən fikirlərdə Sədaqət Dadaşovanın şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması təsdiqini tapmayıb. Həmçinin Nəriman Rəhimova münasibətdə də məhkəmə hesab edib ki, onun səsləndirdiyi fikirlərdə Sədaqət Dadaşovanın şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədi olmayıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin hər ikisi - həm Zaur Bxşəliyev, həm də Nəriman Rəhimov haqqında bəraət hökmü çıxarılıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri