Icma.az
close
up
RU
Aparılan nəhəng quruculuq işləri Kəlbəcərin gözəl gələcəyindən xəbər verir

Aparılan nəhəng quruculuq işləri Kəlbəcərin gözəl gələcəyindən xəbər verir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Artıq beş ildir ki, gözəl təbiəti, strateji coğrafi mövqeyi ilə seçilən Kəlbəcər azadlığa qovuşub, özünün dirçəliş və inkişaf dövrünə qədəm qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat bildirib ki, əzəmətli dağların qoynunda yerləşən Kəlbəcərdəki yaşayış məskənləri, süni mağaralar, qayaüstü rəsmlər Kəlbəcərin qədim tarixindən xəbər verir. Tarixi, dini və mədəniyyət abidələri ilə zəngin Kəlbəcər, həmçinin Azərbaycan ədəbiyyatına zəngin mədəni irs bəxş edən saz-söz ustadı Aşıq Şəmşir kimi el sənətkarlarının vətənidir.

Mircəlil Qasımlı qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi səbəbindən ölkəmizdə yaşanan siyasi və iqtisadi böhran nəticəsində Ermənistanın işğalçılıq siyasəti daha da genişlənirdi. Ermənistan silahlı birləşmələrinin 1993-cü ilin martın 27-də başlanan genişmiqyaslı hücumu aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə nəticələndi. Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin işğalı nəticəsində rayon mərkəzi, 1 qəsəbə, 145 kənd, həmçinin tarixi-mədəniyyət abidələri, muzeylər, “İstisu” sanatoriyası və digər mühüm obyektlər tamamilə dağıdıldı, rayonun təbii sərvətləri talan edildi.

“Lakin müdrik Azərbaycan xalqı 1993-cü ildə dahi lider Heydər Əliyevi hakimiyyətə dəvət etməklə böyük tarixi uğurlarımızın əsasını qoydu. Ümummilli Lider ölkəmizi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla qətiyyətlə davam etdirilməsi Azərbaycanın hərtərəfli tərəqqisini, dövlətçiliyimizin möhkəmlənməsini, qüdrətli Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasını təmin etdi. Görülən genişmiqyaslı işlər, ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə hesablanmış siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edərək, şanlı zəfərlərimizin əldə olunmasına yol açdı. Müzəffər Ali Baş Komandanın və müdrik sərkərdəliyi ilə rəşadətli ordumuzun şücaəti nəticəsində Vətən müharibəsində qazanılan parlaq Zəfər 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi torpaqlarımız azad edildi”,- deyə Mircəlil Qasımlı vurğulayıb.

Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Kəlbəcər rayonunun noyabrın 25-də Azərbaycana təhvil verildiyini bildirən deputat qeyd edib ki, dağlıq ərazilər, qayalar hərbi əməliyyatlarda itkilərimizin çox olmasına səbəb ola bilərdi. Lakin dövlətimizin başçısının müdrik qərarları nəticəsində ordumuz Kəlbəcərə bir güllə belə atmadan daxil oldu.

Mircəlil Qasımlı deyib ki, azad olunmuş Kəlbəcərin yenidən qurulması, infrastrukturların müasirləşdirilməsi və enerji sistemlərinin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır. Şəhərin Baş Planına əsasən yaşayış məntəqələrinin, müasir məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, işğal və Zəfər muzeylərinin, mehmanxanaların və idman meydançalarının inşası nəzərdə tutulur. Bir sözlə, dövlətimiz müasir Kəlbəcərin qurulması işini sürətlə həyata keçirir. Kəlbəcər rayonunda artıq su elektrik stansiyaları tikilib və ya bərpa olunub, yol nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda “İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su zavodu regionun turizm və iqtisadi potensialının inkişafına mühüm töhfədir.

“Cari ilin avqustunda dövlətimizin başçısı dünyanın ən gözəl mənzərəyə malik şəhərlərindən birinə çevrilən Kəlbəcərdə birinci yaşayış kompleksində görülən işlərlə tanış oldu və bura köçən kəlbəcərlilərlə görüşdü. Bu, 32 il sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilər üçün əlamətdar hadisə idi. Artıq kəlbəcərlilər şəhər gününü ilk dəfə olaraq doğma torpaqlarında, müasir evlərində qürurla qeyd edirlər. Ümumilikdə isə aparılan nəhəng quruculuq işlər Kəlbəcərin gözəl gələcəyindən xəbər verir”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri