Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

APdən Azərbaycana “qərəz yağışı”

APdən Azərbaycana “qərəz yağışı”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Pensiyada olan korrupsionerlər klubu” ermənipərəstlər cəbhəsində

Avropa Parlamenti yenə köhnə “ampluasındadır”. Qurum ölkəmizə qarşı qərəzindən qalmır. Belə görünür ki, “pensiyada olan korrupsionerlər klubu”nun ya qitənin erməni lobbi və diaspor təşkilatlarından aldığı ənamların həcmi böyükdür, ya da klubdakılar marixuananın dozasını çox ediblər, təsirindən ayıla bilmirlər. Sonuncu məqamı təsadüfən vurğulamadıq. Avropa Parlamentinin iclaslarında narkotik maddə qəbulu adi hal alıb. Həqiqətən, normal məntiq bir ölkəyə, indiki halda Azərbaycana qarşı qərəzi belə yüksək həddə çatdırmaqdan uzaqdır. Deməli, mütləq kənar təsir var. Nəzərə alaq ki, qurumdakılar ölkəmizlə bağlı tam mənasız, lakmus kağızına çevrilmiş qətnamələrini sıralamaqdan usanmırlar.

Bəli, AP dekabrın 19-da “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyaların davam etdirilməsi” adlı qətnamə qəbul edib. Əvvəla, onu deyək ki, qurumun üç əsas səlahiyyəti var. Bunlar Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və təşkilatın büdcəsinin icrasına nəzarət. Bu səlahiyyətlər üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Deməli, Azərbaycanla bağlı qətnamə qəbulu AP-nin səlahiyyətlərinə ziddir. Ən azı, ona görə ki, ölkəmiz qurumun da tərkibində yer aldığı Aİ-nin üzvü deyil. Amma göründüyü kimi, pensiyaçı korrupsionerlər üçün belə bir meyar keçərli deyil və onlar Azərbaycana qarşı hiddətlərini sonuncu dəfə bu ilin oktyabrından nümayiş etdirmişdilər. Sanki, onlar vaxtaşırı bu sayaq addımlar atmasalar dayana bilmirlər. 

AP-nin Azərbaycana qarşı qətnamə məntiqindəki motivlər dəyişilməzdir. Qurumun üzvləri Aİ-nin icra orqanlarını ölkəmizin rəsmilərinə qarşı məqsədyönlü sanksiyalar tətbiqinə çağırıblar. Onlar, həmçinin 2022-ci il üçün Strateji Enerji Tərəfdaşlığına dair Aİ ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunun dayandırılmasını tələb ediblər. Niyə? İki səbəb var ki, əslində, dekabrın 19-da qəbul edilmiş lakmus kağızının məzmununa diqqət yetirəndə bütün suallara aydınlıq gəlir. 

Avropa Parlamentinin deputatları təkid edirlər ki, Azərbaycan dövləti “uydurma və siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəallara qarşı bütün ittihamları qeyd-şərtsiz azad etməli və ləğv etməlidir”. Görəsən, başqa nə isə istəmirlər ki? Göründüyü kimi, pensionerlər üçün hüquq anlayışı heç nədir. Necə deyərlər, ayının min oyunu isə bir armudun başındadır. Keçək ikinci səbəbə. 

AP-nin anti-Azərbaycan motivli hərəkət və davranışlarının arxasında Ermənistan amili var. Qurumun deputatları, nəyin bahasına olursa-olsun, rəsmi İrəvanı Bakı qarşısında üstün mövqeyə gətirmək istəyirlər. İstəklərini ölkəmizi gözdən salmaq məramları ilə reallaşdırmağa cəhd göstərirlər. Mövcud trayektoriyada isə COP29 məsələsində Azərbaycana hədyanlar yağdırmaq, bir növ, adət halını alıb. 

Beləliklə, qətnamədə bildirilir ki, guya rəsmi Bakı 2023-cü ildən bəri xüsusilə COP29 sammiti ətrafında repressiyaları kəskinləşdirib və intensivləşdirib. Sən demə, Qarabağın keçmiş rəhbərləri də daxil olmaqla 23 erməni hərbi əsir də repressiya qurbanı imiş. Söhbət hərbi cinayətkarlardan gedir. O cinayətkarlardan ki, əlləri minlərlə dinc azərbaycanlının qanına batıb. Budurmu AP-nin ədaləti?!

Əlbəttə, AP-dən ədalət gözləyəcək deyilik. Qurumun qətnaməsinin birbaşa Azərbaycanla Ermənistan arasında sülh mühitinin formalaşmasına maneçilik törətməyə hesablandığı və pensionerlər klubunun “direktivləri” Fransadan aldıqları gün kimi aydındır. Deməli, bir tərəfdə Bakı və İrəvan barış yaratmaq üçün müzakirələr aparırlar, digər yanda isə AP Azərbaycanı qınayır, elə təəssürat yaradır ki, sanki ölkəmiz sülh istəmir. Yaxşı bəllidir ki, sülh istəməyən və Cənubi Qafqazda eskalasiya mühiti yaratmaq naminə əlindən gələni edən rəsmi Parisdir və Fransa rəhbərliyi vaxtaşırı AP-nin uşaq oyuncağına oxşayan deputatlarını ona görə ortaya salır ki, beynəlxalq ictimai rəydə Azərbaycanın mənfi, despot obrazı formalaşsın, sonra da iddia edilsin ki, belə bir dövlətlə sülhə gəlmək mümkünsüzdür. Necə deyərlər, həmin dalğa, həmin koordinat. 

Qeyd edək ki, bir vaxtlar AP-də Aİ-ni və üzv dövlətləri “Qarabağda atəşkəs rejiminin və insan hüquqlarının çoxsaylı pozulması hallarına görə” Azərbaycanın guya məsuliyyət daşıdığını da bildirilirdi. Bundan başqa, onlar Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəliyini “Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşmağa həqiqi iradə nümayiş etdirənə” qədər, Azərbaycanla tərəfdaşlıq sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa çağırmışdılar. 2024-cü il yanvarında AP-nin Brüsseldəki binasında “Dağlıq Qarabağın mədəni və dini irsinin qorunması” adlı konfransın təşkili və orada Qarabağdakı mədəni və dini irslə bağlı ənənəvi erməni tezisləri təkrarlanması da eyni məkrli ssenarinin davamı olmuşdu.

Xatırladaq ki, AP-nin oktyabrdakı qərəzli qətnaməsindən sonra Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılmış, ona etiraz notası təqdim edilmişdi. Səfir Mixalkonun diqqətinə çatıdırılmışdı ki, Aİ-nin müxtəlif institutları vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdirilməsi, suverenliyimizə və ərazi bütövlüyümüzə qəsd edən, daxili işlərimizə müdaxilə edən bəyanat və addımları Ermənistanda revanşizmi təşviq edir, regionda sülh səylərinə xələl gətirir... 

Bəli, gündəmdə Ermənistandakı revanşizmin fonunda regionda sülh səylərinə xələl gətirilməsi məsələsi var. Bunun üçün isə rəsmi İrəvanı daha çox illüziya bataqlığına sürükləmək, onun reallıq hissini tamamilə itirməsinə nail olmaq lazımdır. Bunun üçün kollektiv Qərb Ermənistana var gücü ilə dəstək verdiyini göstərməlidir. Ona görə də müxtəlif təsisatlar anti-Azərbaycan ritorikalarını gücləndiriblər və görünür, qarşıdakı müddətdə mövcud tendensiya daha yeni “çalarlar” qazanacaq. İtirən isə Ermənistan olacaq. Buna heç bir şübhə yoxdur. 

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see617

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see418

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see282

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see281

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see279

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see270

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see265

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see263

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see247

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see238

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see235

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see228

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see227

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see226

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see210

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see209

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see206

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see184

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see184

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri