Icma.az
close
up
RU
Qardaş mediası, yoxsa Azərbaycana qarşı qərəz xoru...

Qardaş mediası, yoxsa Azərbaycana qarşı qərəz xoru...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyənin bəzi qəzetlərinə nə (isə) olub?

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda qardaş Türkiyənin və dost İsrailin Azərbaycan üçün əhəmiyyətini vurğulayan fikirlər səsləndirdi. Dövlətimizin başçısı bu iki ölkə arasındakı ziddiyyətli duruma da toxundu. 

Əvvəla, onu deyək ki, Azərbaycan dövlətində və cəmiyyətində Türkiyəyə və İsrailə, eləcə də Ankara–Təl-Əviv gərginliyinə münasibətdə ortaq baxış var. Prezident ­Əliyevin dilə gətirdikləri məhz həmin baxışın ifadəsidir. Ümumən, biz nə Türkiyənin, nə də İsrailin haqq işimizə dəstəyini unuda bilərik. Ona görə də mövqeyimiz budur ki,  ölkələr arasındakı xoşagəlməz durum tezliklə aradan qalxsın. Dövlətimizin başçısının dedikləri də mövcud xüsusda idi: “Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq... Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik”.

Hesab edirik ki, Azərbaycanın mövqeyi, kifayət qədər, konkret və aydındır, hansısa mübahisə üçün əsas vermir. Amma nədən, mübahisə edənlər tapılır. Özü də Türkiyədə. Söhbət Prezident İlham Əliyevin bildirdiklərinə qardaş ölkənin bəzi media orqanlarının – “Sabah”, “Milli gazete”, “Doğruhaber”, “Ortadoğu” kimi nəşrlərin son dərəcə isterik tərzdə reaksiya vermələrindən gedir. İstər-istəməz, düşünürsən: belə reaksiya müəlliflərinin fikirləşdikləri, ağıllarından keçirdikləri nədir? Onlar hansı məqsədi güdürlər?

Azərbaycan mediası, Türkiyə cəmiyyətində olduğu kimi, ölkəmizin daxilində də İsrail–Fələstin münaqişəsinə münasibətdəki həssas yanaşmanı yetərincə duyur. Ölkəmizdə də bu münaqişə nəticəsində dinc və günahsız insanların həyatlarını itirmələrini bu və ya digər tərəfin günahı, əzazilliyi, səriştəsizliyi, bacarıqsızlığı, mənasız inadı və sair kimi dəyərləndirənlər var və onlar fikirlərini bildirməkdə sərbəstdirlər. Müsəlman Fələstinin nə üçün ermənipərəst mövqe tutduğunu müzakirə predmetinə çevirənlər də həmçinin. 

Yeri gəlmişkən, sonuncu məsələ indi də sosial şəbəkələrin Azərbaycan seqmentinin müzakirə mövzusudur. Haqqında əvvəldə söz açdığımız konsensus isə bütün bu fikir müxtəlifliyi nəzərə alınmaqla ortaya çıxmış reallıqdır və indiki durumda Azərbaycan mediasının peşəkarlığı məhz bu konsensusu nəzərə alaraq fəaliyyət göstərməklə ölçülür. Müvafiq olaraq, belə nəticəyə gəlirik ki, jurnalistikamız obyektiv və peşəkardır. Həm də ona görə peşəkardır ki, ayrı-ayrı sosial şəbəkə profillərindəki hədyanları ictimai rəyin məhsulu kimi təqdim etmir. Hər halda, hədyan tirajlayanların, qərəz yağdıranların zaman-zaman Türkiyəni də hədəfə aldıqları diqqətdən yayınmayıb və jurnalistlərimiz belə mənfi təzahürlərə qarşı həqiqətləri yaymaqla, fundamental məsələləri qabartmaqla mübarizə  aparıblar. 

Türkiyənin hədəfə götürülməsindən söz düşmüşkən, bu ritorika müəlliflərinin bir neçə həftə əvvəl türkiyəli media nümayəndələrinin Ermənistana səfərinə və baş nazir Nikol Paşinyanla görüşmələrinə görə qardaş ölkə ilə bağlı xoşagəlməz ifadələrə yer verdiklərini də gördük. Əlbəttə, mövzu həssasdır. Ancaq həssaslıq dərəcəsini dəyərləndirmək və cəmiyyəti düzgün yönləndirmək jurnalistikanın işidir. Elə isə görəsən, Türkiyənin adlarını çəkdiyimiz media orqanları Prezident İlham ­Əliyevin fikirlərinə görə dövlətimiz əleyhinə çıxarkən, hansı işi görmək istəyir, hansı mesajı vermək niyyəti güdürdülər? Əlbəttə ki, anlaşılmır. Amma anlaşılmayan tək bu deyil. Ona görə də nəticəyə gələ bilərik. Hansı nəticəyə, bu barədə sonda söz açacağıq. 

Hələlik isə bir qədər də konkretləşdirək. Təsəvvür edin, Prezident İlham Əliyevin sözügedən forumda ölkəmizin Ankara və Təl-Əviv arasında vasitəçilik missiyasından söz açması ilə demək olar eyni vaxtda “TRT Haber” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən Azərbaycanda Türkiyə və İsrail rəsmilərinin texniki görüşünün təşkil olunduğunu yazıb. Görüşün məqsədi də açıqlanıb: Suriyada xoşagəlməz insidentlərin qarşısının alınması üçün deeskalasiya mexanizminin yaradılması. 

Mövzu bu qədər aydınkən, “Sabah”, “Milli gazete”, “Doğruhaber”, “Ortadoğu” kimi media orqanlarının dramatizmi, müsəlman təəssübkeşliyi notlarına köklənmiş sentimentallığı və mövcud xüsusda dövlətimizin siyasətini qeyri-dost davranış kimi qələmə vermələri böyük təəssüf hissi doğurmaqdadır. Digər məqamın üzərində dayanaq. 

Həm Prezident İlham Əliyev, həm də ölkəmizin rəsmiləri indiyədək Azərbaycan–Türkiyə strateji tərəfdaşlıq və əməkdaşlığının dönməzliyinə dair çoxsaylı fikirlər səsləndiriblər. Dövlətimizin başçısı ADA Universitetində düzənlənmiş forumda da eyni mövqeni qürurla bölüşdü. O zaman təəssürat yaranır ki, qardaş ölkənin bəzi nəşrləri İranın müəyyən dairələrinə xas media qurumlarının dəst-xəttinə uyğun şəkildə fəaliyyəti təzə sınaqdan çıxarırlar. Axı, ilk baxışdan mövzuya kompleks yanaşmaq, düzgün nəticə çıxarmaq  çətinlik törətməməlidir. Elə isə nəticəyə gəlirik ki, “Sabah”, “Milli gazete”, “Doğruhaber”, “Ortadoğu” və sair media orqanları üçün çətinlik həqiqətləri görmək və onlar barədə söz açmaqdır. 

Əlbəttə, biz türkiyəli həmkarlarımızın kimlərinsə “sifarişləri” əsasında hərəkətə keçdiklərini iddia etmək niyyətindən uzağıq. Onların İranın bəzi dairələrinin anti-Azərbaycan təbliğatına xas qərəzli klişeləri bilərəkdən tirajladıqlarına da inanmırıq. 

Bu nəticəyə də gəlmək istəmirik ki, sözügedən media orqanları regionun gələcəyinin müəyyənləşdirilməsinə, ümumilikdə, türk dünyasının işıqlı perspektivinin təminatına hesablanmış Azərbaycan–Türkiyə qardaşlığı və bu qardaşlığın ən bariz göstəricisi olan strateji tərəfdaşlıq xəttini sıradan çıxarmaq, inamsızlıq mühiti yaratmaq naminə təlimatlandırılıblar. Bizimki sadəcə ümiddir.

Ümid edirik ki, Türkiyənin adlarını çəkdiyimiz media orqanları bundan sonra, heç olmasa, susacaq, sərsəm təfəkkürlərin mücərrəd guşələrində bəslənilmiş pislikləri media məhsulu kimi təqdim etməkdən vaz keçəcək, hadisə və proseslərə dərindən yanaşma potensiallarını üzə çıxarmağı bacaracaqlar. Hər halda, yaradıcılığın imkanları genişdir. Hətta çox geniş. 

XQ-nin analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri