Icma.az
close
up
RU
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası”

Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətini dəfələrlə görmüşük. Azərbaycanın haqlı olduğu məsələlərdə Qərb “demokratiyası” niyəsə işlək mexanizmə çevrilmir.

Biz bunu 30 ilə yaxın işğala məruz qaldığımız, soyqırımlar, faciələrlə üzləşdiyimiz zaman görmüşük. Bu dəfə də Qərb “demokratiyası” Azərbaycana qarşı ikiüzlü yanaşma nümayiş etdirib. Bir sıra təşkilatlar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb.

Qeyd edək ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarın verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı.

Bu dəfə isə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-ya bu sanksiyanın uzadılması üçün müraciət edib.

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq", - müraciətdə deyilir.

Müraciəti imzalayan təşkilatlar isə hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatıdır (OMCT).

Qeyd edək ki, bu təşkilatların fəaliyyəti bir sıra ölkələrdə qadağa edilib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, bütün beynəlxalq təşkilatların bir yaranma missiyası var:

“AŞPA da Azərbaycana lazımdır və onunla əməkdaşlığını davam etdirmək istəyir. Amma AŞPA-nın Azərbaycana qarşı sanksiyası, yəni nümayəndə heyətinin mandatdan məhrum edilməsi, təbii ki, münasibətlərə xələl gətirib. Onlar Azərbaycana təzyiq etdiyi zaman gözləntiləri müsbət yöndə həll olunmur və oluna da bilməz. Onlar da bunu çox gözəl bilirlər. Əslində AŞPA lazımlı qurumdur, kommunikasiya, danışıqlar, fikir mübadiləsi platformasıdır. Amma Azərbaycanı mandatdan məhrum etməklə özlərini də kommunikasiya imkanlarından məhrum ediblər. Düşünmürəm ki, bu yaxşı haldır. Azərbaycan iqtidar nümayəndələrinin fikirlərindən də görə bilərik ki, əgər Azərbaycan AŞPA-ya lazım deyilsə, AŞPA Azərbaycana heç dünəndən lazım deyil. Bu fikirləri cəmiyyətdə, xüsusilə də hakimiyyət nümayəndələrinin fikrində görürəm. Ona görə də AŞPA-nın Azərbaycana qarşı yanaşması münasibətlərin və problemlərin həllinə kömək etmiş olmur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə adıçəkilən təşkilatların AŞPA-ya bu cür müraciətinin Azərbaycana qarşı növbəti demarş olduğunu deyib:

“Bu, növbəti qərəzli yanaşmadan başqa bir şey deyil. Təəssüf ki, bu beynəlxalq təşkilatların Azərbaycanın üzərinə gəlməsi ilk deyil. Azərbaycanda insan hüquqlarını, olmayan siyasi məhbuslarla bağlı məsələni, mediaya qarşı olmayan basqıları gündəmə gətirirlər, amma zamanında Qərbi Azərbaycandan qovulan insanların hüquqları heç vaxt bu təşkilatların diqqətində olmayıb. Eləcə də Azərbaycan əraziləri 30 ilə yaxın işğalda qalanda, 1 milyon məcburi köçkünümüz olanda onların gündəmində bu məsələ olmayıb. Bu gün hərbi cinayətlərdə adları hallanan, eyni zamanda bu cinayətlərin subyektləri olan hazırda məhkəmələri keçirilən erməniləri də cəmiyyətə siyasi məhbus kimi sırımağa cəhd edirlər.

Bütövlükdə bunlar bir daha həmin beynəlxalq təşkilatların qərəzsiz, bitərəf olmadıqlarından xəbər verir. Ona görə də bu cür açıqlamalarla Azərbaycanın üzərinə gələrək heç nəyə nail ola bilməzlər. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtmasına ancaq AŞPa tərəfindən ədalətli mövqe sərgiləndiyi zaman baxıla bilər. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti zamanında AŞPA ilə bağlı çox doğru addım atdı.
Çünki o zaman AŞPA tərəfindən çox yanlış bir mövqe nümayiş olundu. Azərbaycan torpaqları işğal altında olanda Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq olunmadı. Amma Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra AŞPA Azərbaycana qarşı belə bir addım atdı. Bütün hallarda Azərbaycanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmağını dəstəkləyirik, amma qarşı tərəf də ədalətli mövqe sərgiləməlidir”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrinə görə isə bu təşkilatların bir çox dövlətlərlə bağlı müxtəlif hesabatları olsa da, onları heç ciddiyə alan da yoxdur:

“Məsələn, onların Fransa, Norveç, Böyük Britaniya ilə bağlı da müxtəlif bəyanatları var. Amma onlar heç beynəlxalq təşkilatlarla bu haqda müraciətlər etmirlər ki, bu ölkələr çıxarılsın və ya mandatları dondurulsun. Düşünürəm ki, bu, Azərbaycana qarşı qlobal güc mərkəzlərinin təzyiqetmə vasitəsidir. Əminiklə deyə bilərəm ki, o təşkilatları Azərbaycandakı insan haqları, həbsdə olan jurnalistlər, söz haqqı maraqlandırmır. Onları maraqlandıran odur ki, onları maliyyələşdirən güc mərkəzlərinin Azərbaycana etdiyi diqtə qəbul olunsun. Bu diqtələr müxtəlif sahələrdə, energetika, təhlükəsizlik, siyasi ola bilər. Bu müraciət də onların görünən üzüdür, təsir riçaqlarıdır. Yəni burada məsələ qətiyyət insan haqları deyil. Həmin təşkilatlar elə insan haqlarını güdürlərsə, Qəzzada 60 minə yaxın günahsız insan öldü, İsrailə qarşı hər hansı addım atdılarmı? Azərbaycan torpaqları 30 il işğal altında qalanda, orada soyqırım olanda, neçə məsələ qaldırdılar? Odur ki, Azərbaycan bu məsələləri özü müəyyən etməlidir. Azərbaycan orada olsun, burada olmasın deyə kimsə basqı edə bilməz. Təbii ki, Azərbaycan dünyadan təcrid oluna bilməz.

Amma hansısa ölkə, təşkilat bizim ərazi bütövlüyünə, suverənliyinə, müstəqil siyasətinə müdaxilə edəcəksə, oradakı varlığımızı dəyərləndirmək də bizim haqqımızdır. Təbii, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməli, sivil dünyanın bir parçası olmalıdır, amma bunu bizə qarşı təhdid, təzyiq vasitəsi kimi istifadə edəcəksə, Azərbaycan buna reaksiyasız qalmamalıdır. Amma gərək Azərbaycan da bu cür təşkilatların əlinə belə bəhanələr verməsin. Ona görə də düşünürəm ki, Azərbaycanın da bu məsələdə üzərinə düşən bəzi işlər var”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see341

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see317

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see301

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see138

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see132

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see130

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see127

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see125

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see124

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see124

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see124

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see122

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see120

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see120

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see120

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see119

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see118

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see118

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see117

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri