Apple ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər FOTO
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Apple" şirkəti ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R. Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "Apple" şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə keçirilən görüşdə olub.
"Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf proqramları üzrə "Apple Developer Academy" və digər təşəbbüslərlə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində birgə layihələr barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















