“Apple” ın qatlanan ekranlı “iPhone” maketi ortaya çıxdı KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Apple” şirkətinin ilk qatlanan ekranlı “iPhone” modelinə dair iddialar yenidən gündəmə gəlib. Rəsmi təqdimat tarixi hələ açıqlanmasa da cihazla bağlı sızıntıların sayı getdikcə artır.
KONKRET.az xəbər verir ki, məlumata görə, “Apple” uzun müddətdir qatlanan ekranlı “iPhone” üzərində çalışır. Lakin istənilən dizayn və funksionallıq əldə olunmadığı üçün layihənin təqdimatı dəfələrlə təxirə salınıb. İndi isə cihazın 2026-cı ildə təqdim edilə biləcəyi ehtimal olunur.
Son günlərdə telefonla bağlı yeni maket görüntüləri ortaya çıxıb. “Unbox Therapy” “YouTube” kanalının Çindən gətirtdiyi maket cihazın əvvəlki sızıntılardakı dizayna bənzədiyini göstərir.
İddialara görə, “Apple”-ın qatlanan “iPhone” modeli dizayn baxımından “Google”-un “Pixel Fold” seriyasına yaxın olacaq. Lakin bəzi məlumatlar cihazda ekranın qatlanma izinin tamamilə aradan qaldırılacağı və menteşe probleminin həll olunacağı istiqamətindədir.
Qeyd edək ki, hazırda qatlanan ekranlı telefon bazarında “Samsung”, “Huawei” və “Google” kimi şirkətlər ön sıralardadır. Xüsusilə Çin texnologiya şirkətləri bu sahədə ciddi rəqabət yaradır.\\sfer.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 May 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















