Icma.az
close
up
RU
“Apple” xidməti üçün ödənişlərə görə ƏDV

“Apple” xidməti üçün ödənişlərə görə ƏDV

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.
“Apple Distribution International Limited” şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının (https://ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb.
Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitorinqini əhatə etməklə sadə interfeysə malikdir. Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir.
“Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət əsasən “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.
Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdadır.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri