“Apple” yeni əməliyyat sistemi təqdim edəcək
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Apple” ev cihazları üçün yeni əməliyyat sistemi (ƏS) hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Mark Qurmana istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni ƏS əsasən ağıllı saatlar, televizorlar və smartfonlar üçün hazırlanan tvOS, watchOS və iOS əməliyyat sistemlərinin qarışığıdır.
Yeni proqram platforması şirkətin uzun müddətdir müzakirə olunan və təqdim etməsi gözlənilən ağıllı ev idarəetmə mərkəzi üçün nəzərdə tutulub.
Qurmanın sözlərinə görə, bu idarəetmə mərkəzi üz tanıma funksiyasına malik olacaq və ekrana hansı istifadəçinin baxdığını müəyyən edəcək, eləcə də fərdiləşdirilmiş məlumatları göstərəcək.
Cihaz ehtimal ki, 6 və ya 7 düymlük ekrana sahib olacaq. Bundan əlavə, insayder ev cihazının süni intellektlə işləyən “Siri” ilə işləyə, “FaceTime” video zənglərini dəstəkləyə və “HomeKit” ağıllı ev aksesuarlarını idarə edə biləcəyini açıqlayıb.
Məqalədə yeni əməliyyat sisteminin iOS, macOS, iPadOS, tvOS, watchOS və visionOS ilə birlikdə təqdim ediləcəyi bildirilir.
Yeni əməliyyat sistemi ehtimal ki, “Apple”lə əlaqəli bir şirkət tərəfindən patentləşdirilmiş “homeOS” adlandırıla bilər.
Qurman “Apple”ın yeni əməliyyat sistemini oktyabr ayında təqdim edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:“Apple” çoxlu yeni modelləri təqdim edəcək
13 Mart 2025 15:18
Vivo Apple nin əməliyyat sistemi dizaynını təqlid etməkdə ittiham OLUNUR
13 Oktyabr 2025 10:55
Apple bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək
29 May 2025 02:15
Apple düyməsiz iPhone təqdim edəcək...
29 Oktyabr 2025 21:07
“Apple” yeni məhsulları bu tarixdə təqdim edəcək
26 Avqust 2025 22:19
Baxış sayı:127
Bu xəbər 24 Sentyabr 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















