Icma.az
close
up
RU
​Appleın süni intellektinin səhvi gündəm oldu

​Appleın süni intellektinin səhvi gündəm oldu

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Apple"ın yeni süni intellekt xidməti "Apple Intelligence" İngiltərədə istifadəyə verildikdən sonra müzakirələrə səbəb olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, xidmətin yanlış xəbər xülasələri təqdim etməsi BBC-nin ciddi reaksiyasına səbəb olub.

"Apple Intelligence" gündəmdəki xəbərləri oxuyaraq istifadəçilərə qısa xülasə şəklində təqdim edir. Belə ki, BBC-yə aid bir xəbərdə səhv şərh ortaya çıxıb. Süni intellekt hücum zamanı “bu proses məni öldürəcəkdi” ifadəsindən yanlış nəticə çıxararaq hadisəni intihar kimi şərh edib. Xülasədə isə “hücum edən özünü vuraraq intihar etdi” kimi tamamilə yalan məlumat yer alıb.

BBC yanlışlığı dərhal "Apple"a bildirərək düzəliş olunmasını tələb edib. Baş vermiş hadisə süni intellektin real xəbərləri səhv təhlil etməklə böyük miqyaslı problemlərə yol aça biləcəyi təhlükəsini yenidən gündəmə gətirib.

Mütəxəssislər bildirir ki, bu kimi yanlış xülasələr dünya miqyasında ajiotaj yarada bilər. Məsələn, süni intellekt “İğtışaşçılar parlamentə basqın edərək nazirləri öldürdü” kimi saxta xəbəri milyonlarla istifadəçiyə göndərsə, maliyyə bazarlarında çöküşlər və sosial xaos baş verə bilər.

Eyni zamanda bu hadisə gündəlik həyatımızı tamamilə süni intellektə etibar etməyin təhlükələrini ortaya qoyur. "Tesla" avtomobillərinin süni intellekt idarəsində qəzaya səbəb olması və maddi zərərlə nəticələnən hadisələr də bu mövzuda əlavə nümunə kimi göstərilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri