Umarali Raxmonaliyev: “Vikinq”lə səfər oyunu çətin olacaq”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah” futbol komandası UEFA Çempionlar Liqası və Misli Premyer Liqasında yaxşı nəticə qazanmaq üçün çalışacaq”.
Bu barədə Bakı təmsilçisinin futbolçusu Umarali Raxmonaliyev deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda sıx qrafikdə oynamağa öyrəşməlidir.
“UEFA Çempionlar Liqasında “Vikinq”lə səfər oyunu çətin olacaq. Norveçə yollanmazdan əvvəl səfərdə “Turan Tovuz”la üz-üzə gələcəyik. Amma məncə, buna öyrəşməliyik. Çünki həm avrokubokda, həm də çempionatda yaxşı nəticə üçün çalışacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Özbəkistanlı oyunçu çempionatın doqquzuncu turunda “Qarabağ”la qolsuz heç-heçə etdikləri matçla bağlı fikirlərini də bölüşüb:
“Çox maraqlı oyun alındı. Azarkeşlər də zövq aldılar. Qələbə qazanmaq üçün çox çalışdıq. Amma elə alındı ki, heç-heçə oldu. Üçüncü zonada şanslarımızı reallaşdıra bilmədik”.
U.Raxmonaliyev stadionda atmosferin əla olduğunu vurğulayıb:
“Stadion, ot örtüyü əla səviyyədə idi. Biz də zövq aldıq”.
O, cari mövsüm Misli Premyer Liqasının daha maraqlı keçəcəyini sözlərinə əlavə edib:
“Hər bir komanda yaxş mübarizə aparır. Bu, azarkeşlər üçün də yaxşıdır. Sonadək mübarizə davam edəcək. Kim güclüdürsə, o da çempion olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















