“Apple”ın yeni telefonunda ciddi problem var Cəmi bir neçə saata...
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Apple” şirkətinin yeni qatlanan telefonu satışa çıxarılandan sonra istifadəçilərin şikayətləri ilə gündəmə gəlib. İddialara görə, bəzi telefonların ekranı cəmi bir neçə saat ərzində çatlayır.
“Yeni Sabah” xəbər verir ki, texnologiya nəhəngi “Apple”ın ilk qatlanan telefonu olan “iPhone Duo” ilə bağlı ciddi ekran problemləri yaşanır. İnternetdə yayılan şikayətlərə əsasən, bəzi telefonların daxili ekranı qatlanma xətti boyunca, məhz qatlanan hissənin yerləşdiyi tərəfdən qırılır. İstifadəçilərin bildirdiyinə görə, bəzi hallarda ekran problemi telefon alındıqdan cəmi bir neçə saat sonra üzə çıxır. Hətta iddialara əsasən, bəzi cihazlar mağazalarda nümayiş etdirilərkən də zədələnib.
İstifadəçilərdən biri telefonu aldıqdan altı saat sonra belə problemlə üzləşdiyini bildirib. O, həmin müddətdə telefonu 20 dəfədən az açıb-bağladığını deyib. Marqarita pizza
Onun sözlərinə görə, əvvəlcə telefonun qatlanan hissəsində qəribəlik hiss edib. Cihazı açmağa davam etdikdə isə çatlama səsi eşidib və ekranın qırıldığını görüb.
Çin və Avstraliya da daxil olmaqla, bir sıra ölkələrdən oxşar şikayətlər gəlsə də, problemin dəqiq səbəbi və nə qədər geniş yayıldığı hələ məlum deyil. “Apple” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, mağazalara gətirilən zədələnmiş telefonlar zəmanət çərçivəsində yeniləri ilə əvəz olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















