Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Xocavəndə qayıdış: üç nəsil, üç hekayə, bir arzu REPORTAJ VİDEO

Xocavəndə qayıdış: üç nəsil, üç hekayə, bir arzu REPORTAJ VİDEO

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Xocavənd, 23 oktyabr, AZƏRTAC

İşğaldan azad olunan Xocavənd şəhərinə bu gün 24 ailə (86 nəfər), Quzeyxırman kəndinə 11 ailə (53 nəfər), Xocavənd kəndinə 3 ailə (11 nəfər), Hadrut qəsəbəsinə 2 ailə (6 nəfər), Ağdərənin Heyvalı kəndinə isə 2 ailə (7 nəfər) qayıdıb. Doğma ocaqlarına qovuşan sakinlərin hər birinin simasında illərin ağır həsrətini silib aparan böyük bir qürur və sevinc duyğusu oxunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sevinci yaşayanlardan biri də Xocavənd sakini Alı Məmmədovdur. O, 1992-ci ildən bəri məcburi köçkün kimi sığındığı Beyləqan rayonundan doğma yurduna qayıdıb. Dövlətin təqdim etdiyi yeni evə qədəm basan sakin ilk olaraq Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Kəndi tərk edəndə cəmi 18 yaşı olan Alı kişinin indi 54 yaşı var. O, Qaradağlı faciəsini və kənd uğrunda gedən döyüşlərdə atasının girov düşməsini hələ də ürək ağrısı ilə xatırlayır: “1992-ci ildən indiyə kimi Beyləqan rayonunun ərazisində köçkün kimi yaşamışıq. Kənd döyüşlərində atam da girov düşdü. Əlbəttə ki, çox ağır faciə idi. Şükür bu günə ki, Prezidentimiz bizə yaşatdı”.

Didərgin düşəndə gənc və subay olan A.Məmmədov bu gün dörd övlad – iki oğul, iki qız atasıdır. Onun hər iki oğlu 44 günlük Vətən müharibəsində igidliklə vuruşub. Böyük oğlu Rövşən hazırda da Vətənin keşiyindədir.

Alı kişinin qızlarından biri ailəlidir və iki nəvəsi ilə birlikdə evgörməsinə gəliblər. “Sevincimin həddi-hüdudu yoxdur”, – deyən sakin Novruz da daxil olmaqla bütün bayramlarda dilədikləri ən böyük duanın gerçəkləşdiyini bildirir: “Həmişə dua edirdik, Novruz bayramında da, hər bir bayramda deyirdik: təki Vətənimiz alınsın. İndi şükür bu günə ki, öz torpaqlarımızdayıq”. O, qarşıdan gələn Zəfər Gününü də artıq Xocavənddə qeyd edəcəyini fərəhlə söyləyir.

Ata-baba yurduna qayıdan təkcə o ağrılı günləri gözləri ilə görən yaşlı nəsil deyil. İllər boyu doğma torpaqların adını yalnız böyüklərin söhbətlərindən eşidən gənclər də bu gün həyəcan və sevinclə Qarabağa qədəm basırlar.

Köçkünlük illərində doğulub boya-başa çatan 28 yaşlı Elnarə Həsənquliyeva ailəsi ilə birlikdə həyat yoldaşının doğma yurduna qovuşub. Xocavəndli ailəyə gəlin köçən Elnarə xanım “bu günə qədər “Qarabağsız qarabağlı” idim, indi Qarabağın özündə yaşayacağam”, - deyə əlavə edir.

O, bu tarixi anların bəxş etdiyi təəssüratları dilə gətirərkən deyir: “Mən bu gün çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə çox minnətdarlığımızı bildiririk ki, bugünkü sevinci bizə yaşadıb. Öz torpağımızda qürurla danışıb, qürurla yaşayacağıq”.

Qarabağın təbiətini həmişə xəyalında canlandırdığını və bir gün bu torpaqlara qayıdacaqlarına qəlbən inandığını söyləyən gənc ana, bölgənin füsunkarlığının təsəvvür etdiyindən də artıq olduğunu bildirir: “Qarabağ haqqında çox gözəl şeylər eşitmişdim. Əmin idim ki, biz yenə də bura qayıdacağıq. Həqiqətən də, deyilənlər kimidir, təbiəti, gözəlliyi ilə insanı heyran edir”.

Gələcək planlarından da bəhs edən Elnarə xanım övladlarının taleyini artıq bu torpağa bağlayıb: “Gələcəkdə uşaqlarımı burada oxutmaq, Xankəndi Universitetinin tələbəsi kimi görmək istəyirəm. Qürur duyuram ki, övladlarımı məhz doğma Qarabağda böyüdəcək, burada təhsil alacaqlar”.

Yeni nəsillə yanaşı, ömrünün ən gözəl çağlarını yurd həsrəti ilə keçirən ağsaqqalların da vüsal anı heç nə ilə müqayisə olunmazdır. Doğma küçələrdə atılan hər kövrək addım keçmiş xatirələrlə gələcək ümidlərin qovuşduğu unudulmaz mənzərə yaradır.

Ata-baba ocağına qovuşan belə el ağsaqqallarından biri də Zeynal Şirinovdur. 25 yaşında məcburən tərk etdiyi torpağına 35 ildən sonra, 60 yaşında nəvələri ilə birgə qədəm basan sakin sevinc göz yaşlarını gizlədə bilmir: “Buradan didərgin düşəndə gənc idim, 25 yaşım vardı. Bu gün isə Allaha şükürlər olsun ki, 60 yaşımda nəvələrimlə birlikdə doğma yurduma gəlmişəm. Bundan gözəl hiss ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Vətən həsrətinin artıq tarixə qovuşduğunu qeyd edən Z.Şirinov qələbə inamını heç bir zaman itirmədiyini xüsusi vurğulayır: “Biz həmişə bu günü böyük ümidlə gözləyirdik. Qəlbimizdə daim bir inam var idi ki, nə vaxtsa Ali Baş Komandanın, Prezidentimizin rəhbərliyi ilə bu torpaqlar azad olunacaq və biz öz doğma yurdumuza dönəcəyik. Şükürlər olsun ki, həmin arzularımız bu gün gerçəyə çevrildi”.

Qayıdış günü bir daha göstərdi ki, ata-baba yurduna məhəbbət nəsildən-nəslə ötürülür və illər, məsafələr bu bağı qıra bilmir. Hər kəsin dilindəki minnətdarlıq və şəhidlərə ehtiram duyğusu isə bu sevincin nə qədər böyük bədəl hesabına qazanıldığını xatırladır. Xocavənddə yenidən canlanan həyat, qapılarında yanan işıqlar və uşaq səsləri doğma torpağın əbədi olaraq öz sahiblərinə qayıtdığının əyani sübutudur.

Müxbir – Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri