Icma.az
close
up
RU
Aprel döyüşlərindən şanlı Zəfərə!

Aprel döyüşlərindən şanlı Zəfərə!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şanlı Zəfərə gedən yolun başlanğıcı olan Aprel döyüşlərindən 9 il keçir. Azərbaycan Ordusu 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-həmlə əməliyyatını həyata keçirdi. Aprel ayının 4 günü ərzində bölmələrimiz tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektardan çox hissəsi azad edildi, həmçinin minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçdi.

Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşən, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel qələbəsi bütün dünyaya dövlətimizin, xalqımızın qüdrətini, hərbçilərimizin qələbə əzmini nümayiş etdirdi.

Aprel döyüşlərində qazanılan parlaq Qələbə Ermənistanın uzun illər ərzində məğlubedilməz ordu yaratmaqları haqqında uydurduqları mifi dağıtdı.

Buna baxmayaraq, Ermənistan tərəfi yenidən müxtəlif istiqamətlərdə təxribatlara əl atmaqda davam edirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrimizə endirdiyi atəş zərbələrinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başladı.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsi və sonrakı uğurlu döyüş əməliyyatlarında Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri qazandı, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu və bütün şəhidlərimizin qisası alındı.

9 il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün böyük Qələbənin başlanğıcı kimi xatırlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri