Icma.az
close
up
RU
Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalqımızın qürur və ehtiramla qeyd etdiyi ən əlamətdar tarixlərdən biridir. Bu gün yalnız hərbçilərimizin peşə bayramı deyil, həm də dövlətimizin qüdrətinin, xalqımızın milli birliyinin və müstəqilliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusunun şərəfli inkişaf yoluna verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan milli ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Həmin gün Şərqdə ilk demokratik respublika öz milli silahlı qüvvələrinin yaradılması istiqamətində mühüm addım ataraq Əlahiddə Azərbaycan Korpusunun formalaşdırılması barədə qərar qəbul edib. Bununla da müasir Azərbaycan Ordusunun təməli qoyulub və milli hərb tariximizin yeni mərhələsi başlayıb.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü, daxildə hökm sürən qeyri-sabitlik, nizami ordunun tam formalaşmaması və müxtəlif silahlı dəstələrin fəaliyyəti dövlətçiliyimiz üçün ciddi təhdid yaradırdı. Məhz belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, peşəkar milli ordunun yaradılması prosesinə də yeni nəfəs verdi.

Əslində müasir Azərbaycan Ordusunun formalaşmasının əsasları hələ Ulu Öndərin Naxçıvandakı fəaliyyət dövründə qoyulmuşdu. Naxçıvan Muxtar Respublikasında Dövlət Müdafiə Komitəsinin yaradılması, ilk milli hərbi hissələrin formalaşdırılması və müdafiə sisteminin təşkili istiqamətində atılan addımlar sonrakı illərdə ordu quruculuğunun möhkəm bünövrəsinə çevrildi. 1993-cü ildən sonra isə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələr formalaşdırıldı, peşəkar zabit korpusunun hazırlanmasına başlanıldı və müasir ordu quruculuğu strategiyası həyata keçirildi.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar milli ordumuzun tarixi ənənələrinə verilən yüksək qiymətin və dövlətimizin orduya olan xüsusi münasibətinin bariz nümunəsi idi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu öz inkişafının ən qüdrətli mərhələsinə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsaitin dəfələrlə artırılması, müasir silah və texnikaların alınması, müdafiə sənayesinin yaradılması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi.

Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq, birgə təlimlər, komando birliklərinin yaradılması, NATO standartlarına uyğun idarəetmə mexanizmlərinin tətbiqi və müasir hərbi texnologiyaların orduda istifadəsi Silahlı Qüvvələrimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Eyni zamanda Pakistan və digər dost ölkələrlə inkişaf edən hərbi tərəfdaşlıq Azərbaycanın müdafiə potensialının daha da güclənməsinə mühüm töhfələr verdi.

Azərbaycan Ordusunun artan gücü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli mövqelər azad edildi və xalqımızın Böyük Qələbəyə olan inamı daha da möhkəmləndi.

Bu inam 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu müasir hərb tarixində nümunə kimi göstərilən əməliyyatlar həyata keçirərək Ermənistan ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut, Şuşa və digər yaşayış məntəqələrinin işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə edildi.

44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin qəhrəmanlığını, xalq-ordu birliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın həmrəyliyi sayəsində tarixi ədalət bərpa olundu, Azərbaycan xalqı özünün ən böyük Zəfərini qazandı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bununla da ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi və Azərbaycan bayrağı suveren dövlətimizin bütün ərazilərində əzəmətlə dalğalanmağa başladı.

Bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malik, müasir texnologiyalarla təchiz olunmuş, peşəkar kadr potensialına sahib və zəngin döyüş təcrübəsi qazanmış güclü silahlı qüvvədir. Ordumuzun gücünün əsas mənbəyi isə xalqın ona olan sonsuz etimadı, hərbçilərimizin vətənpərvərliyi və dövlətimizin güclü siyasi iradəsidir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını və Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir vətəndaşımızı ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, onun arxasında qalib xalqın Müzəffər Ordusu dayanır. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin ən etibarlı təminatçısı olaraq xalqımıza xidmət edəcək.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycan xalqı!

Süleyman Cəfərov, “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon üzrə sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyun 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see353

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see333

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see299

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see285

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see258

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see258

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see254

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see252

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see248

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see248

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see239

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see233

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see233

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see215

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see210

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see206

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see205

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see202

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see200

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri