AQC Naxçıvan nümayəndəliyinə yeni rəhbər təyin olundu
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində mühüm görüşlər keçirilib və qurumun regional nümayəndəliyinə yeni rəhbər təyin olunub.
AQC İctimaiyyətlə Əlaqələr Departamentindən Newscenter.az-a verilən məlumata görə, İdarə Heyətinin sədri Vüqar Oruc və sədrin müşaviri Asif İbrahimov Naxçıvanda bir sıra rəsmi şəxslər və sahə mütəxəssisləri ilə bir araya gəliblər. Görüşlərdə muxtar respublikada qiymətləndirmə fəaliyyətinin canlandırılması və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.
Səfər çərçivəsində AQC-nin Naxçıvan regional nümayəndəliyinə rəhbər təyinatı olub. Belə ki, bu məsuliyyətli vəzifəyə Vahid Axundov gətirilib.
Təqdimat zamanı AQC sədri Vüqar Oruc yeni rəhbərə cəmiyyətin xüsusi döş nişanını təqdim edib. Sədr bildirib ki, Vahid Axundovun rəhbərliyi ilə nümayəndəlik muxtar respublikada qiymətləndirmə standartlarının yüksəldilməsi və şəffaflığın təmin olunması istiqamətində aktiv fəaliyyət göstərəcək.
Səfər müddətində keçirilən ikitərəfli görüşlərdə Naxçıvan Muxtar Respublikasıda peşəkar qiymətləndirici kadrların hazırlanması daşınmaz əmlak və digər aktivlərin qiymətləndirilməsində yeni metodologiyaların tətbiqi, Zəngəzur dəhlizinin açılması ilə əlaqələrin daha da genişlənməsi, AQC-nin Muxtar Respublikada gələcək fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:TRT nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
14 İyul 2026 19:29
Naxçıvan aeroportuna yeni direktor təyin olundu
29 Sentyabr 2025 21:10
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı olub
12 Fevral 2025 12:58
Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
22 İyul 2026 22:40
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olundu
11 Aprel 2025 12:08
Baxış sayı:138
Bu xəbər 12 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















