Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qəzza zolağının Səhiyyə Nazirliyi meningit hallarının mövsümi baxımdan narahatedici artımı barədə xəbərdarlıq edərək təcili beynəlxalq müdaxiləyə çağırıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadla xəbər verir ki, nazirlik artımı İsrail hücumları nəticəsində kanalizasiya və su təchizatı infrastrukturunun dağıdılması, çirkab suların içməli suya qarışması ilə əlaqələndirib. Bildirilib ki, tədbirlər görülməzsə, xüsusilə uşaqlar arasında yoluxma riski artacaq.
OCHA-nın məlumatına görə, sentyabrın 27-dən oktyabrın 31-dək Qəzzada 413 meningit şübhəsi qeydə alınıb: 294-ü virus, 119-u bakterial mənşəli olub. Halların 68 faizi Qəzza şəhərində, noyabrın 5-dək sənədləşdirilən 202 yoluxmanın isə 77 faizi bir yaşadək körpələr arasında olub.
Nazirlik İsraili texniki xidmət, dezinfeksiya vasitələri və yanacağın girişinə məhdudiyyətlərə görə məsul tutub, beynəlxalq ictimaiyyəti su-kanalizasiya sistemlərinin bərpasına, ÜST və UNICEF-i isə tibbi ləvazimat və dərman təminatına çağırıb.
Məlumatda o da qeyd olunub ki, Qəzzanın kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin təxminən 90 faizi dağıdılıb. Atəşkəsə baxmayaraq, blokada və humanitar yardımın girişinə məhdudiyyətlər davam edir, dərman çatışmazlığı və zədələnmiş səhiyyə sistemi tibbi xidmətləri çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Noyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















