Icma.az
close
up
RU
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"45 yaşdan sonra gücü və hərəkətliliyi uzun müddət qorumaq üçün fiziki məşqlərin müntəzəmliyi onların intensivliyindən daha böyük əhəmiyyət daşıyır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə livanlı həkim-reabilitoloq Abdelkader Hamavi "RIA Novosti"yə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bu tövsiyə xüsusilə 60 yaşdan yuxarı insanlar üçün daha aktualdır. O, sümük sıxlığını və əzələ kütləsini qorumaq üçün həftədə iki-üç dəfə ayaq məşqləri, dartınma və çöməlmə kimi müqavimət hərəkətləri etməyi tövsiyə edib.

Bununla yanaşı, oynaqların hərəkətliliyini, çevikliyi və tarazlığı inkişaf etdirmək, həmçinin hər gün piyada gəzmək faydalıdır. Həkim kardioməşq kimi insanın fiziki vəziyyətinə uyğun olaraq velosiped sürməyi, üzməyi və ya sürətli templə gəzməyi məsləhət görüb.

"Əsas məsələ uzun müddət oturaq vəziyyətdə qalmamaq və gün ərzində mümkün qədər çox hərəkət etməyə çalışmaqdır", - deyə Hamavi vurğulayıb.

Mütəxəssis əlavə edib ki, insanı bütün xəstəliklərdən qoruyacaq universal idman hərəkəti yoxdur. Lakin müntəzəm tibbi müayinələr, sağlam yuxu və düzgün qidalanma ilə müşayiət olunan davamlı fiziki aktivlik yaşla əlaqədar yaranan problemlərin riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2026 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri