AQEM in nümayəndə heyəti azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyətinə ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, eləcə də işğaldan azad olunmuş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.
Görüş zamanı Azərbaycanın AQEM-də sədrliyi müddətində mina təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması, eləcə də Azərbaycanın minatəmizləmə sahəsində təcrübəsinin paylaşılması, təşkilata üzv olan mina problemi ilə üzləşmiş ölkələrlə beynəlxalq həmrəyliyin təşviq edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 17 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















