CARın nazir müavini Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlər barədə məlumatlandırılıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Pretoriya şəhərində bu ölkənin xarici işlər nazirinin müavini Alvin Botes ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə H.Rəhimli CAR-dakı səfirliyimizə müvəqqəti işlər vəkili təyin olunması ilə əlaqədar verbal notanı qarşı tərəfə təqdim edib. H.Rəhimlini ölkəsində diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir müavini ona Azərbaycan ilə CAR arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar diləyib.
Söhbət zamanı ikitərəfli əlaqələrin müsbət dinamikası qeyd edilib, hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsinin dövlətlərimiz üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğu vurğulanıb.
H.Rəhimli işğaldan azad edilən ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin görülməsi, habelə müasir sosial-mədəni infrastrukturun qurulması, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin bərpası istiqamətində aparılan işlər, eləcə də ölkəmizin üzləşdiyi mina problemi haqqında məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















