Icma.az
close
up
RU
Aqrar sahədə yeni yanaşmalar mütəxəssislər müasir metodlarla tanış olublar

Aqrar sahədə yeni yanaşmalar mütəxəssislər müasir metodlarla tanış olublar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytar həkimləri və aqronomlar üçün “Müasir çağırışlar, yeni tendensiyalar və aqrar həllər” mövzusunda maarifləndirici seminar keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi aqrar sahədə müşahidə olunan müasir çağırışlar, innovativ yanaşmalar və yeni texnologiyalar barədə iştirakçıların məlumatlandırılması, onların peşəkar bilik və bacarıqlarının daha da artırılması olub. Təlimlər zamanı heyvandarlıq və bitkiçilik sahəsində tətbiq olunan yeni metodlar, xəstəliklərlə mübarizə üsulları, məhsuldarlığın artırılması yolları, eləcə də müasir aqrotexniki yanaşmalar barədə ətraflı təqdimatlar edilib.

Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə aqrar sahədə insan kapitalının inkişafının vacibliyini vurğulayıb. Bildirib ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması üçün fermerlərin və sahə mütəxəssislərinin müasir biliklərə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə baş verən müasir dəyişikliklər, yeni texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişiklikləri və qlobal çağırışlar kənd təsərrüfatında bilik və əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Tədbirdə mütəxəssislər tərəfindən müasir baytarlıq xidmətlərində innovativ yanaşmalar, heyvan xəstəliklərinin profilaktikası və onlarla mübarizə üsulları, bitkiçilikdə məhsuldarlığın artırılması üçün yeni aqrotexniki metodlar, torpaq münbitliyinin qorunması və düzgün gübrələmə qaydaları, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişikliklərinin aqrar sahəyə təsiri və uyğunlaşma tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminar interaktiv müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin baytar həkimləri, özəl baytarlar, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin aqronom və torpaqşünas mütəxəssisləri, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin fumiqant və aqronomları, Aqrar Təlim Mərkəzinin təlimçiləri, eyni zamanda Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytarlıq və aqronomluq ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

Müxbir – Gülay Nəzərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri