Icma.az
close
up
RU
Məktəb psixoloqları müasir metodlarla işləmir, yeni yanaşmalar öyrənmirlər AÇIQLAMA

Məktəb psixoloqları müasir metodlarla işləmir, yeni yanaşmalar öyrənmirlər AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaman-zaman aktuallaşan məsələlərdən biri də məktəblərdə psixoloq fəaliyyətinin yetərsiz olmasıdır.

Ümumiyyətlə, məktəb yaşlı uşaqlarla psixoloqun məşğul olması nə dərəcədə əhəmiyyətlidir?

Bəs bu məşğuliyyət tam formada həyata keçirilsə, məktəblərdə mütəmadi olaraq gördüyümüz mənfi hadisələrin qarşısı alına bilərmi?

Redaktor.az-a danışan "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, məktəblərdə psixoloji xidmətin yetərsizliyi bizim ölkəmizdə də, bir çox digər ölkələrdə də illərdir müzakirə olunan aktual problemlərdən biridir:

"Yəni bu problem tək Azərbaycanda deyil. Elə düşünülməsin ki, bu, tək bizim ölkəmizdədir. Bu məsələ əslində həm uşaqların emosional inkişafı, həm də məktəb mühitinin təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.

Məktəb uşaqları ilə psixoloqun məşğul olması nə dərəcədə əhəmiyyətlidir? Bu, əhəmiyyət kəsb edən bir məsələdir. Psixoloq münaqişənin həlli kimi proseslərdə birbaşa rol oynayır. Ümumiyyətlə, məktəb yaş dövrü şəxsiyyətin formalaşdığı və davranış modellərinin oturduğu mərhələdir. Yəni məktəbdə psixoloqun işi təkcə problemləri söndürmək deyil, həm də profilaktik müdaxilə etməkdir. Qısası, məktəbdə psixoloq uşağın psixi sağlamlığının ilk müdafiə xətti hesab olunur.

Ümumiyyətlə, psixoloji xidmət tam formalaşdırılsa da, mənfi hadisələrin qarşısı alına bilərmi? Tam formalaşdırılsa da, bu psixoloji xidmət yüksək səviyyədə qarşısı alına bilər. Amma müəyyən çatışmazlıq istər-istəməz olacaq. Psixoloqlar erkən əlamətləri aşkar edir. Zorakılıq hallarına erkən müdaxilə olunsa, zorakılıq halları ciddi şəkildə azalar. Tam məhv olmasa da, çox ciddi şəkildə azala bilər".

Müsahibimiz vurğualdı ki, məktəblərdə problemli şagird kimi etiketlənən uşaqların çoxu əslində travma alan, diqqət pozuntusu olan, ailə problemi yaşayan və ya emosional çatışmazlıq yaşayan uşaqlardır:

"Psixoloq bu uşaqlarla fərdi işlədikdə davranış 70%-ə qədər dəyişə bilər ki, bu da böyük faizə malikdir. Bizdə elə məktəblər var ki, ya psixoloqu yoxdur, ya psixoloqu var, amma o işləmir. Elə məktəb var ki, psixoloqu olan uşaq psixoloqu tanımır. Bizdə bir məktəbə bir psixoloq düşür. Bu da təxminən 600-1500 şagirdi olan məktəbə bir psixoloq deməkdir. Amma bu, faktiki olaraq çətin bir məsələdir. Psixoloq o qədər uşaqla necə işləyə bilər eyni anda?

Bizdə məktəb psixoloqlarının vaxtının çox hissəsi hesabat yazmağa, sənəd doldurmağa, tədbir təşkil etməyə yönəlir. Bu isə real psixoloji işi kölgədə qoyur. Uşağın psixoloji davranışı baxımından ailə-məktəb əməkdaşlığı da zəifdir. Bəzi valideynlər "mənim uşağımda problem yoxdur", "psixoloqa getmək ayıbdır" kimi yanlış yanaşmalar sərgiləyir. Bu da müalicə prosesini yarımçıq qoyur. Yəni elə başa düşürlər ki, uşaq psixoloqa gedirsə, deməli, o dəlidir və ya problemlər psixoloji deyil.

Azərbaycanda məktəblərdə psixoloqun kabinet şəraitinin və resursunun olmaması da problemdir. Təchiz otağı yoxdur, sıxıntılarını üzə çıxarmaq üçün testlər köhnədir, fərdi terapiya üçün mühit uyğun deyil. Psixoloqlar da təlimlərə cəlb olunmur. Bəzi psixoloqlar müasir metodlarla işləmir, yeni yanaşmalar öyrənmirlər. Bu da xidmətin keyfiyyətini aşağı salır".

Rizvan Fikrətoğlu hesab edir ki, mütləq bu sahədə sistemli nəzarət olmalıdır:

"Faktiki olaraq bu nəzarət demək olar ki, yoxdur. Yəni psixoloqun işinin nəticəsi ölçülməlidir: neçə uşaqla işlədi, nəticə nə oldu, hansı profilaktik proqramlar həyata keçirildi. Bu göstəricilərlə hesabat sistemi olmalıdır.

Nəticədə məktəblərdə psixoloqların işi sadəcə formal görünsə də, əslində bu xidmət təhsil sisteminin ən vacib sütunlarından biridir. Tam formalaşdırılsa, düşünürəm ki, məktəbdə zorakılıq halları, bıçaqlanma halları, bullinq halları azalar, şagirdlər sosial-emosional cəhətdən güclənər, intihar və aqressiya riski azalar, məktəb mühitində təhlükəsizlik xeyli artar. Həmçinin valideyn-məktəb əlaqələri yaxşılaşar. İdeal psixoloji xidmət məktəbdə tədrisin keyfiyyətinin artırılmasına da kömək edir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri