Icma.az
close
up
RU
Aqrar sahədə yeni layihələr

Aqrar sahədə yeni layihələr

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan İƏT ölkələri ilə imkanları nəzərdən keçirir

Bakıda keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatında aparılan islahatlar və əldə edilən nəticələrlə tanış olmaq məqsədilə kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşüb. Görüşdə İƏT və Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti və yeni imkanlar barədə müzakirələr aparılıb. İƏT rəhbəri kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn hədəflər

Azərbaycan hökuməti qida və ərzaq təhlükəsizliyinin etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafında müasir yanaşmalara, aqrar modellərə xüsusi üstünlük verir və bu istiqamətdə ən qabaqcıl aqrar institutlar, elmi-innovasiya mərkəzləri ilə sıx əməkdaşlıq edir. Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş əsas istiqamətlərdən biri kənd təsərrüfatına müasir inkişaf meyarlarını gətirmək və müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığı gücləndirməlkdir. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün İƏT ölkələri ilə əlaqələrin inkişafı da əsas niyyətlərdən biridir.

Son illərdə Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə səmərəli əməkdaşlıq çərçivəsində təşkilatın ixtisaslaşmış orqanları ilə birgə regional layihələr həyata keçirilib. Üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər dəstəklənib, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı birgə addımlar atılıb. 

İƏT ölkələrinə aqrar məhsulların ixracı arta bilər

Hazırda Azərbaycan İƏT aqrar sahədə ənənəvi istehsal və emal üsullarından müasir aqrar-sənaye modelinə keçidi sürətlləndirmək, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqini genişləndirmək, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiqini təmin etmək, ekoloji təmiz və halal qida prinsipi ilə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və aqroparklar yaratmaq üçün birgə təşəbbüsləri nəzərdən keçirir. Tərəflər bu layihələrin icrasında dövlət şirkətləri ilə yanaşı, özəl biznes icmasınıın fəaliyyətini əlaqələndirməyi vacib hesab edir.

Qeyd edilən sahələrdə hər iki tərəfin böyük potensialları mövcuddur. Bu resursların hərəkətə gətirilməsi İƏT ölələri ilə qarşılıqlı mal və aqrar xidmətlərin ticarətinin artmasına da yaxşı zəmin yaradır. Azərbaycanın hazırkı ixrac strategiyasında qeyri-neft ixracında aqrar-sənaye mallarının ənənəvi bazarlardan yeni bazarlara çıxışının təmin edilməsi və dayanıqlı ticarət infrastrukturlarının yaradılması mühüm yer tutur ki, bu baxımdan yeni imkanların səfərbər edilməsi ixracın coğrafiyasını daha da genişləndirə bilər. Eyni zamanda, Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının İƏT ölkələri vasitəsilə Avropa bazarlarına ixracının genişləndirilməsi müasir ixrac-tranzit siyasətində mühüm yer tutur.

Azad ərazilərdə investorlara aqrar güzəştlər

Ölkəmizin perspektiv planlarına əsasən, aqrar sektorun müxtəlif bölmələrinə sərmayələrin cəlb olunması, xarici iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi nəzərdə tutulur. Hökumət bu istiqamətdə müxtəlif stimullaşdırıcı iqtisadi alətlər, o cümlədən vergi və gömrük güzəştləri tətbiq edir. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə xarici investorlar üçün geniştutumlu güzəştlər, səmərəli iqtisadi alətlər iş adamları üçün daha böyük imkanlar yaradır. Bu baxımdan İƏT ölkələrinin sərmayəçilərinə bu bölgədə aqrar layihələrdə təmsil olunmaq üçün münbit şərait mövcuddur.

Təşkilatın baş katibi Əsəd Məcid Xan mövcud əlverişli investisiya iqliminin dəyərləndirləcəyini və azad edilmiş ərazilərdə aqrar sektorda mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində İƏT-in rolunun artırılacağını bəyan edib.

Azərbaycanla İƏT arasında əməkdaşlığın gündəliyində yer alan başlıca məsələlərdən biri də bu təşkilatın Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması prosesinin sürətləndirilməsidir.

Beləliklə, İƏT ölkələri ilə aqrar sahədə yeni imkanların səfərbər olunması, birgə sərmayələrin qoyulması və aqrar layihələrin icrası ölkəmizdə istehsalın artmasına və birgə mal mübadiləsinin həcminin böyüməsinə səbəb olacaq. Həmçinin, müasir aqrar alətlərin tətbiqi sayəsində respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri