Icma.az
close
up
RU
Aqrar Sığorta Fondu Ağcabədi, Ağdam, Tərtər və Bərdədə fermerlərlə görüşlər keçirib

Aqrar Sığorta Fondu Ağcabədi, Ağdam, Tərtər və Bərdədə fermerlərlə görüşlər keçirib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Aqrar Sığorta Fondunun nümaynədələri Ağdam, Tərtər və Bərdə rayonlarında pambıq əkini ilə məşğul olan fermerlərlə çoxsaylı görüşlər keçiriblər.

Fonddan bildirilib ki, görüşlərdə Azərbaycanda aqrar sığorta mexanizmi, onun əhatə etdiyi bitkilər, sığortanın qoruduğu risklər və hadisələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan dövlət dəstəkli aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri genişlənməkdə, sığorta ödənişləri artmaqdadır. Belə ki, 2023-cü ildə ölkə üzrə 4,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə bu rəqəm 6,4 milyon manata yüksəlib.

Keçirilən görüşlərdə pambıq bitkisinin sığortalanması üzrə şərtlər və tələblər, sığortanın əhatə etdiyi hallar, əkin sahəsində hadisə baş verdikdə zərərin qiymətləndirilməsi və sığorta ödənişi barədə ətraflı məlumat verilib.

Ağdam, Tərtər və Bərdə rayonlarında yerli icra hakimiyyətlərinin dəstəyi ilə təşkil edilən görüşlərdə ölkənin əsas pambıqçılıq şirkətlərindən olan “Prime Cotton” MMC-nin nümayəndələri də iştirak edib.

Fermerlərə məlumat verilib ki, aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, fırtına, qasırğa, dolu, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkəti kimi hadisələrdən qoruyur.

Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə sözügedən rayonlarda – Ağdam, Bərdə və Tərtərdə 40 sentner pambığın yığılması gözlənilən 1 hektar sahənin sığortalanması fermerə cəmi 29 manata başa gəlir. Bu, pambıq sahəsindən yığılan məhsulun dəyərinin 1 faizidən də azdır.

Bildirilib ki, son illər ölkədə sığortalanan pambıq əkini sahələri genişlənməkdədir. Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edilmişdisə, 2024-cü ildə bu rəqəm 29 min hektara yaxınlaşıb.

Görüşlərdə fermerlərə sığorta haqları, hadisə baş verdikdə zərərin qiymətləndirilməsi, sığorta ödənişi prosesi, o cümlədən pambıq sahələrinin leysan riskindən sığortası ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, pambıq sahələrinə ən çox zərər vuran hallar leysan, dolu və sel-subasma hadisələridir. Pambıq əkən fermerlərə ən böyük ödənişlər də bu hadisələr üzrə həyata keçirilir.

Hazırda pambıq ən çox sığoorta ödənişi həyata keçirilən məhsullardandır. Son illər ərzində pambıq sahələrinə dəymiş zərərlər üzrə ödənişlər sürətlə armaqdadır. İqlim dəyişiklikləri və təbiət hadisələrinin artmasını nəzərə aldıqda pambıq sahələrinin risklərdən qorunması üçün ən sərfəli üsul aqrar sığortadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri