Icma.az
close
up
RU
Aqrar Sığorta Fondunun Naxçıvan filialı açıldı

Aqrar Sığorta Fondunun Naxçıvan filialı açıldı

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fermer və təsərrüfatlar filialın xidmətlərindən istifadə etməklə aqrar sığorta mexanizminin üstünlüklərindən yararlana biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, filialın açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatının inkişafına dövlət dəstəyi barədə məlumat verib, aqrar sığorta mexanizminin bu dəstək formalarından biri olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradacaq, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə daha çox töhfə veriləcək.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova muxtar respublikada aqrar sığortanın tətbiqinin fermerlər üçün çoxdan gözlənilən mühüm yenilik olduğunu vurğulayıb. Onun sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan bu bölgədə tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa və sair hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Zərərlərin qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırdabuynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.

R.Əmircanov qeyd edib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən bu günə qədər müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 12 milyon manatdan artıq sığorta ödənişi edilib və bu məbləğ hər gün artır.

Açılış mərasimində çıxış edən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Fondun Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də öz taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. E.Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Aqrar Sığorta Fondunun Naxçıvan filialı ilə tanış olublar. Burada onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Naxçıvan şəhərinin İstiqlal küçəsi, 115 ünvanında fəaliyyət göstərən filial muxtar respublikanın bütün ərazisindəki fermer və təsərrüfatlara xidmət göstərəcək.

Naxçıvan filialı Aqrar Sığorta Fondunun bölgələrdəki sayca 7-ci filialıdır. Buna qədər Fondun Quba, Cəlilabad, Göyçay, Şəki, Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri