Icma.az
close
up
RU
Aqrar Sığorta Fondunun ödənişləri 2 dəfə artıb AZƏRTAC

Aqrar Sığorta Fondunun ödənişləri 2 dəfə artıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin sayı getdikcə artır. 2024-cü yanvar-noyabr aylarında sığortalanan meyvə bağları, əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək artım baş verib.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, cari ilin 11 ayı ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 5 milyon 642 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərinin 4 milyon 659 min manatı meyvə bağları və əkin sahələri, 983 min manatı isə heyvandarlıq üzrə olub.

2023-cü ilin eyni dövrünə nisbətən cari ildə sığorta ödənişlərinin məbləği 2 dəfə, o cümlədən meyvə bağları və əkin sahələri üzrə ödənişlər 2,3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 40 faiz artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə, ümumilikdə, 2 milyon 741 min manat sığorta ödənişi edilib. Bu məbləğin 2 milyon 43 min manatı meyvə bağları və əkin sahələri, 698 min manatı isə heyvandarlıq üzrə olub.

Cari ilin göstərilən dövründə bitkiçilik sığortası üzrə ən çox sığorta ödənişləri fırtına, dolu, şaxtavurma və subasma hadisələri üzrə həyata keçirilib. Heyvandarlıq sığortasında isə ödənişlərin böyük hissəsi yoluxucu xəstəliklər və ot-yemdən zəhərlənmə hallarına aid olub.

2024-cü ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən, ümumilikdə, 410 min 561 hektar əkin sahəsi sığortalanıb. Əkin sahələrinə 462 milyon manat məbləğində sığorta təminatı verilib.

Bu dövrdə ölkə üzrə 3169 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 19 milyon 554 min manat sığorta təminatı verilib.

Hesabat dövrü ərzində 12 milyon 829 min manat sığorta haqqı toplanıb. Bitkiçilik üzrə ödənilən sığorta haqları 10 milyon 934 min manat, heyvandarlıq sahəsi üzrə isə 1 milyon 895 min manat təşkil edib.

Ən çox sığortalanan əkin sahələri taxıl və pambıq bitkiləri ilə yanaşı, nar, şaftalı, nektarin, fındıq, üzüm və zeytun bağları, çəltik, şəkər çuğunduru sahələri olub.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.

Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri