Icma.az
close
up
RU
Aqrar Sığorta Fondunun rəhbərliyi zərər dəymiş təsərrüfatlarda olub FOTOLAR

Aqrar Sığorta Fondunun rəhbərliyi zərər dəymiş təsərrüfatlarda olub FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər baş verən təbiət hadisələri, bölgələrdə güclü yağış və dolu, sel-subasma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsirini göstərib. 

"Unikal" xəbər verir ki, ümumilikdə aprelin ortalarından başlayan güclü yağışlar və digər təbiət hadisələrindən dəymiş zərər ilə bağlı Aqrar Sığorta Fonduna 30-a yaxın rayondan 120-dən artıq müraciət daxil olub və hazırda müraciətlər davam etməkdədir. 
Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlar arasında taxıl sahələri, pambıq əkinləri, meyvə bağları və sair təsərrüfatlar var. Daxil olmuş müraciətlər əsasında onlarla müstəqil aqrar sığorta eksperti bölgələrə ezam edilib. 
Ekspertlər təsərrüfatlarda baş verən hadisələri və zərərlərin səbəbini araşdırır, dəymiş zərərin ilkin qiymətləndirməsini həyata keçirirlər. Zərərlərin aqrar sığortanın əhatə etdiyi risklərdən baş verdiyi təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur. 
Hadisə baş vermiş ərazilərdə vəziyyətlə tanış olmaq məqsədilə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və fondun nümaynədələri şimal bölgəsindəki sığortalı təsərrüfatlarda olub. 
Xaçmaz rayonun Cığatay kəndində yerləşən badam, heyva, nektarin və gilas bağlarına güclü yağış və sel-subasma nəticəsində böyük zərər dəyib. Təsərrüfatdakı ağacların böyük hissəsi su altında qalıb. Aqrar Sığorta Fondunun rəhbərliyi bağa baxış keçirib, fermer v təsərrüfat rəhbərləri ilə baş vermiş hadisəni müzakirə edib, fondun ekspertləri təsərrüfat nümayəndələrinə hadisənin zərərlərini azaltmaq üçün tövsiyələrini veriblər. 
Fond rəhbərliyi Xaçmazda şaxta hadisəsi baş vermiş digər meyvə bağında da olub. Bağa baxış zamanı məlumat verilib ki, mart ayının sonunda bölgədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperaturun enməsi baş verib və bəzi ağaclar şaxtaya məruz qalıb. Təsərrüfat nümayəndələri temperaturun mənfi 3-4 dərəcəyədək azaldığını bildiriblər. Fondun ekspertləri bağlara baxış keçirib, təsərrüfatın şaxtadan qorunması ilə bağlı tövsiyələrini səsləndiriblər. 
Qeyd edilib ki, sözügedən təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, onlara dəyən təsdiqlənmiş zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaq. 
Xatırladaq ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları bütün təbiət hadisələri – dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma (donvurma), zəlzələ, torpaq sürüşməsi, daşqın və sair hallardan qoruyur. Eləcə də fermerlər təsərrüfatlarını leysan yağışları, doludan keyfiyyfət itkisi, vəhşi heyvanların vurduğu zərər və 3-cü şəxslərin hərəkətlərindən sığorta edə bilərlər. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri