Icma.az
close
up
RU
Aqrar Sığorta Fondunun sədri Oğuzda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Aqrar Sığorta Fondunun sədri Oğuzda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, buğda, arpa və qarğıdalı sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, meyvə bağları üzrə subsidiyaların ödənilməsi və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Aqrar Sığorta Fondunun sədri fermerlərə payızlıq əkin sahələrinin sığortası mövsümünün başladığı bildirilib və əkin sahələrini sığortalamağı tövsiyə edib.

Sonra Fuad Sadıqov Oğuz rayonunda yerləşən intensiv alma, gavalı və gilas və qoz bağlarına baş çəkib, fermer və təsərrüfat nümayəndələri ilə görüşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri