Icma.az
close
up
RU
Aqrar sığorta sahəsində Türkiyə təcrübəsi öyrənilir

Aqrar sığorta sahəsində Türkiyə təcrübəsi öyrənilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Aqrar Sığorta Fondunun nümayəndə heyəti kənd təsərrüfatı sığortaları sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə qardaş ölkəyə səfər edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Aqrar Sığorta Fondunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Azər Məmmədov və şöbənin əməkdaşı Aysel Həsənova daxildir. Fond nümayəndələri səfər çərçivəsində Türkiyə Tarım Kredit Kooperativləri İttifaqının təmsilçiləri ilə görüşlər keçiriblər. Görüşdə qarşı tərəfə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri, aqrar sığortanın tətbiqi modelləri, sığorta prosesinin kənd təsərrüfatına dəymiş zərərlərin qarşılanmasında rolu, Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq, iki ölkənin aqrar sığorta qurumları kadr və təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı sahəsində həyata keçirilə biləcək əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Qonaqlar Tarım Kredit Kooperativləri İttifaqının 17 regional bölməsinin olduğu, öz sıralarında 1600-dən artıq kənd təsərrüfatı kooperativini birləşdirdiyi, 188 xidmət mərkəzində, ümumilikdə, 1 milyondan çox fermerə xidmət göstərdiyi barədə məlumatlandırılıblar. Bildirilib ki, İttifaqın əsas məqsədi kənd təsərrüfatı istehsalçılarının iqtisadi mənfəətlərini qorumaq, qida, sığorta, heyvandarlıq, gübrə, yem, toxum, istixana və müasir suvarma sistemləri ilə təminat ehtiyaclarını qarşılamaqdır.

Görüşdə fermerlərə dövlət dəstəyi mexanizmlərinin effektiv icra olunmasında İttifaqın üzərinə düşən vəzifələr barədə təqdimatlar keçirilib, aqrar fəaliyyətin sığortalanmasının səmərəliliyi barədə geniş müzakirələr aparılıb. Tərəflər aqrar sığorta sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi ilə bağlı davamlı görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri