Icma.az
close
up
RU
Binalarda enerji səmərəliliyinə dair Türkiyə təcrübəsi öyrənilir

Binalarda enerji səmərəliliyinə dair Türkiyə təcrübəsi öyrənilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan-Türkiyə Enerji Forumunun Enerji səmərəliliyi üzrə İşçi qrupu çərçivəsində Binalarda Enerji Effektivliyi İnformasiya Sisteminin (BEEİS) yaradılması istiqamətində təcrübənin öyrənilməsi məqsədilə 26-29 yanvar tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycanın Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Türkiyənin müvafiq qurumları arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və Enerji və Təbii Sərvətlər Nazirliyi ilə binaların enerji səmərəliliyi üzrə pasportlaşdırılması sisteminin formalaşdırılması və mövcud rəqəmsal həllərə dair geniş müzakirələr aparılıb.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə görüşlər zamanı binalarda enerji səmərəliliyinə dair normativ-hüquqi baza, enerji effektivliyi göstəricilərinin hesablanması metodologiyası və enerji effektivliyi informasiya sisteminin işləmə mexanizmi təqdim edilib. Ankara Memarlar Assosiasiyası ilə keçirilən görüşdə enerji effektivliyi pasportunun tərtibatçıları üçün təlimlərin təşkili və sertifikasiya prosesi barədə məlumat mübadiləsi aparılıb.

Altındağ Bələdiyyəsi ilə görüşlər çərçivəsində layihəçilər və tərtibatçılar tərəfindən hazırlanan texniki parametrlər, onların qiymətləndirilməsi və tətbiqi mexanizmləri müzakirə olunub. Eyni zamanda, “Eltemtek” şirkəti ilə enerji səmərəliliyi sahəsinə investisiya cəlbi (Enerji Servis Şirkəti (ESCO) modeli), enerji auditi və binaların pasportlaşdırılması üzrə təcrübə və yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə ESCO və Super ESCO modellərinin tətbiqi, enerji menecerləri institutu, eləcə də enerji səmərəliliyi fəaliyyətlərinin idarə olunmasının rəqəmsallaşdırılması təcrübəsi müzakirə edilib.

Səfər zamanı əldə olunan təcrübə və müzakirə nəticələrinin Azərbaycanda BEEİS-in yaradılması və binaların enerji səmərəliliyi üzrə pasportlaşdırma mexanizminin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri