Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

İsrailin innovativ təcrübəsi öyrənilir

İsrailin innovativ təcrübəsi öyrənilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbərliyi İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində İRİA-nın idarə heyətinin sədri Fərid Osmanov bu ölkədə bir sıra məhsuldar görüşlər keçirib.

İlk görüş İsrailin avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə keçirilib. Görüş zamanı “Mobileye”nin strateji inkişaf modeli, elmi-tədqiqat fəaliyyəti və dövlət – özəl sektor əməkdaşlığı təcrübəsi təqdim olunub. Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, bu cür tərəfdaşlıqlar yüksək texnologiyaların ölkəyə transferi, innovasiya ekosisteminin inkişafı və rəqəmsal islahatların sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Yeri gəlmişkən, “Mobileye” hazırda 50-dən çox avtomobil istehsalçısı ilə əməkdaşlıq edir və texnologiyaları dünya üzrə 800 milyondan artıq nəqliyyat vasitəsində tətbiq olunur.

Daha sonra nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan startap ekosistemindəki potensial, dövlətin ­innovasiya və sahibkarlığa dəstək ­mexanizmləri, vençur maliyyələşdirmə infrastrukturu və fəaliyyət göstərən investisiya ­fondları barədə ətraflı məlumat təqdim olunub. Söhbət əsnasında tərəflər birgə ­investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər. ­Azərbaycan nümayəndələri İsrailin inkişaf etmiş ­innovasiya mühiti ilə tanışlığın və bu sahədə əməkdaşlığın ­gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıblar.

Məlumat üçün bildiririk ki, ­“OurCrowd” dünyanın müxtəlif texnologiya sahələrində fəaliyyət göstərən startaplara investisiya yatıran beynəlxalq platformadır və indiyədək yüzlərlə layihəni maliyyələşdirib.

 Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrailin kibertəhlükəsizlik sahəsində dünya üzrə lider şirkətlərdən biri olan “Checkpoint” təşkilatının rəhbərliyi ilə də görüşüb. Görüş zamanı ölkəmizdə kibertəhlükəsizlik əməliyyat mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanları geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri