Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Aqrar sığortanın əhatə dairəsi genişlənir

Aqrar sığortanın əhatə dairəsi genişlənir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda konfrans və media nümayəndələri ilə görüş keçirildi.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov giriş sözü ilə çıxış edərək bildirdi ki, aqrar sığotrta mexanizmi dövlətin kənd təsərüfatına dəstəyinin növbəti addamıdır. Qeyd olundu ki, 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu ötən 5 il ərzində maliyyə dayanıqlı bir təşkilata çevrilərək fermerlərin risklərini uğurla qarşılamaqdadır. Fond rəhbəri bildirdi ki, yeni yaradılmış aqrar sığorta mexanizmi dövlətin fermerlərə dəstəyinin daha bir nümunəsi olmaqla yanaşı, bu sahəyə dövlətin və fermerlərin yatırdığı investisiyaları, xüsusən də iqlim dəyişiklikləri dövründə təsərrüfatları çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlərdən qoruyur.

Hazırda aqrar sığorta mexanizminin 41 növ bitkini, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını risklərdən qoruduğunu diqqətə çatdıran fond rəhbərinin sözlərinə görə, bura taxıl və tarla bitkiləri, texniki bitkilər, meyvə bağları və tərəvəz-bostan bitkiləri aiddir. Ümumilikdə, bu təsərrüfatlar, təqribən, 30-a yaxın riskdən qorunur. Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və sərt keçdiyini xatırladan fond sədri bildirdi ki, aqrar sığorta əkinləri, xüsusilə meyvə bağlarını şaxtavurma riskindən də sığorta edir və bu hadisələr üzrə ödənişlər edilir.

Daha sonra Azərbaycanda əkinə yararlı ərazilərin 96 faizinin sığorta xidməti ilə əhatə olunması üçün çox yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, ötən müddətdə bu istiqamətdə 14-ə yaxın normativ qanun və digər hüquqi sənədlər təsdiqlənib. Hazırda ölkədə əkinə yararlı 1,7 milyon hektar ərazinin hələlik 450 min hektarı sığortalanıb. Fondun məqsədi ölkədə sığortalanan predmetlərin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Aqrar sığorta mexanizminin ötən 4-5 il ərzindəki fəaliyyəti nəticəsində fondun aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb.

Toplantıda aqrar sığorta sistemində mühüm yer tutan müstəqil aqrar sığotrta ekspertləri üçün yaradılan imkanlar barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, təsərrüfatlarda risk və zərərin qiymətləndirilməsi məhz həmin ekspertlər tərəfindən həyata keçirilir. Ölkədə, ümumilikdə, 800-1000 nəfərə qədər ekspertə ehtiyac olduğu halda, hazırda onların real sayı, təqribən, 100 nəfərdir. Həmin ekspertlərin aylıq qazancları 1000-1500 manatdan başlayır, gündəlik gəlir limiti isə 500 manata qaldırılıb. Ölkədəki aqronom və digər yaxın ixtisas sahibləri bu imkandan istifadə etməyə və aqrar sığorta eksperti kimi çalışmağa dəvət edildi.

Kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev çıxışında ölkə iqtisadiyyatı üçün mühüm sahə olan aqrar sektorun davamlı inkişafında sığortanın əhəmiyyətini diqqətə çatdırdı. O qeyd etdi ki, gələcəkdə də fermerlərə dəstək aqrar siyasətin əsas alətlərindən olacaq. Son 5 ildə aqrar sahədə uğurlu fəaliyyətlər icra olunduğunu vurğulayan müşavir ötən müddətdə bu sahədə hüquqi bazanın formalaşdırıldığını, aqrar sığorta mexanizminin özünü təkmilləşdirərək inkişaf etdiyini diqqətə çatdırdı. Son illər baş verən iqlim dəyişikliiyi fonunda sığorta ödənişlərinin həcmi fermerlərə fəaliyyətini davam etdirməyə imkan verir.

MEDİA Agentliyinin şöbə müdiri Elşən Ağayev isə çıxışında belə tədbirlərin jurnalistlərin ixtisaslaşması və iqtisadi proseslərin düzgün işıqlandırılması baxımından mühüm olduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un nümayəndəsi İsmət Baxışov “Kosmik texnologiyalar aqrar sektorun xidmətində” mövzusunda təqdimatla çıxış edərək peykdən əkin sahələrinin monitorinqi imkanlarını nümayiş etdirdi və bunun əhəmiyyətini diqqətə çatdırdı.

“Dünyada və Azərbaycanda aqrar sığorta mexanizmi, risklər və məhsullar” mövzusunda təqdimatda bildirildi ki, dünyada aqrar sığortanın müxtəlif modelləri var. Azərbaycan bu sahədə qardaş Türkiyənin TARSİM təşkilatının təcrübəsindən istifadə edib. Yaradılan aqrar sığorta modeli, dövlət dəstəkli və qeyri-kommersiya xarakterli olması səbəbindən daha dayanıqlıdır.

Aqrar sığorta vasitəsilə əkin sahələrinin sığortasının olduqca sərfəli olduğu diqqətə çatdırılaraq qeyd edildi ki, aqrar sığortaya dövlətin 50 faizlik mühüm dəstəyi var. Bunun sayəsində fermerlər öz təsərrüfatlarını ikiqat aşağı qiymətlə sığorta edə bilirlər. Məsələn, ölkənin əksər hissəsində 1000 manatlıq taxılın illik sığorta haqqı cəmi 7-10 manat ətrafındadır.

Tədbirdə jurnalistlərin bölgədəki fermerlərlə birbaşa ünsiyyətinə də şərait yaradıldı. Əkin sahəsinə dəymiş zərərə görə Aqrar Sığorta Fondundan ödəniş almış Ağsu rayonunu Abasxanlı kənindən olan fermer Rasim Məmmədov canla yayımla tədbirə qoşularaq sığorta hadisəsi, sığorta ödənişini alması barədə ətraflı məlumat verdi. O, aqrar sığorta mexanizmindən məmnun qaldığını bildirərək digər fermerləri də əkin sahələrini sığorta etməyə çağırdı.

“Aqrar sığorta hadisələri və zərərlərin tənzimlənməsi” mövzusunda təqdimatda Azərbaycanda əkin sahələrində baş verən təbiət hadisələri, bu hadisələrin təsərrüıfatlara vurduğu zərər, zərərlərin araşdırılması və qarşılanması prosesi ətraflı izah edildi. Bildirildi ki, ölkədə ən çox baş verən təbiət hadisələri fırtına-qasırğa, dolu, selsubasma halıdır. Buna misal olaraq 2024-cü ildə Samux rayonunda 600 hektar ərazinin su basması misal göstərildi. Qeyd olundu ki, həmin hadisə nəticəsində buradakı sığortalı təsərrüfatlara dəyən, təqribən, 700 min manatlıq zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.

“Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda tədbirdə ötən il təbiət hadisəsi nəticəsində zərərlə üzləşmiş və böyük məbləğdə sığorta ödənişi almış “Kür Fruit” şirkətinin rəhbəri Ramiz Nuriyev çıxış edərək aqrar sığorta prosesi barədə məlumat verdi, aqrar sığortanın daha da təkmilləşdirilməsi üçün təkliflərini səsləndirdi.

Toplantıda Aqrar Sığorta Fondunun 2024-cü il üzrə nəticələri də açıqlandı. Bildirildi ki, 2024-cü ildə Azərbaycanda aqrar sığortaya maraq artmaqda davam edib. Belə ki, sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25 min hektar və ya 6 faiz artıqdır. Bununla yanaşı, əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 11 faiz artaraq 56 min 662-yə yüksəlib. Ötən ilk dəfə olaraq nektarin, qarpız, albalı, yemiş və tütün bitkilər də sığorta edilib.

Diqqətə çatdırıldı ki, 2024-cü ildə zərərə məruz qalmış təsərrüfatlara fond tərəfindən 6 milyon 423 min manat sığorta ödənişi edilib. Əvvəlki illə müqayisədə sığorta ödənişləri 2 2 milyon manat və ya 46 faiz artıb. Sığorta ödənişlərinin 5 milyon 246 min manatı bitkiçilik, 1 milyon 177 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşüb.

Bitkiçilik üzrə ən çox sığorta ödənişləri: fırtına-qasırğa, sel-subasma və dolu, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti üzrə edilib. Ən çox ödəniş edilən bitkilər (taxıl, pambıq və qarğıdalıdan başqa): üzüm, gilas, alma, badam və ərik, çəltik və qarpız olub. Bitkiçilik üzrə ən çox zərər ödənişləri 6 rayonun – Şəki, Samux, Qobustan, Ağcabədi, Saatlı, Ağstafa rayonlarının payına düşür. Eyni zamanda, ötən il aqrar sığortanın əhatə dairəsi genişlənib və Naxçıvan Muxtar Respublikasında yeni filial fəaliyyətə başlayıb.

Qeyd edildi ki, 2024-cü ildə aqrar sığortanın əlçatanlığı üzrə işlərin davam etdirilməsi nəticəsində kənd təsərrüfatı heyvanlarının sığortası üzrə tariflər 5,2 faizdən mal-qara üçün 4,9 faizə, xırdabuynuzlu heyvnalar üçün isə 4,7 faizə endirilib.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırıldı, ətraflı izahlar verildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri