Icma.az
close
up
RU
Rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənir

Rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yenilik cəmiyyətin və biznes mühitinin modernləşməsinə töhfə verir


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Rəqəmsallaşma Azərbaycanın son illər iqtisadi idarəetməsinin ayrılmaz tərkib hissəsi kimi xüsusi olaraq ön plana keçməklə cəmiyyətin və ölkəmizin inkişafına yeni yol açmaqdadır. Bu istiqamətdə ortaya qoyulmuş qarşısıalınmaz dərin iradə ölkəmizi artıq qabaqcıl dünyanın rəqəmsal sənaye ailəsinin üzvünə çevirib.

Rəqəmsal quruculuğun inkişafına töhfə verən müasir sənaye modellərinin yaradılması Azərbaycanın dünya iqtisadiyyatının rəqəmsal transformasiyasına, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində fəal iştirakına geniş imkanlar açmaqdadır.

Rəqəmsal platformalar və avtomatlaşdırma iqtisadi prosesləri dəyişdirir, dövlət idarəçiliyinə yanaşmaları dəyişir və həyatı yaxşılaşdırmaq üçün yeni imkanlar açır. Rəqəmsal transformasiya təkcə qabaqcıl texnologiyaların tətbiqi deyil, həm də dövlətin, biznesin və vətəndaşların maraqlarını nəzərə alan səmərəli ekosistemin yaradılması prosesidir. Azərbaycan dövlət strategiyasının əsas elementi kimi rəqəmsal inkişafa böyük önəm verir. 


"Harvard Business Review Türkiye” nəşrinin son sayında Azərbaycanın rəqəmsal transformasiyasına dair geniş məqalə dərc olunub.

Məqalədə “Aztelekom” MMC-nin icraçı direktoru Həsən Ömərov və 2023-cü ildə layihənin icrasının həyata keçirilməsinə məsul keçmiş baş icraçı direktor Tural Pirverdiyevin “Onlayn Azərbaycan” təşəbbüsünün nailiyyətləri, məqsədləri və ölkənin rəqəmsal inkişafına verdiyi töhfələr haqqında fikirlərinə xüsusi yer verilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə mühüm investisiyalar həyata keçirərək 5G infrastrukturu, süni intellekt əsaslı həllər, “bulud” xidmətləri və e-hökumət platformalarının inkişafına xüsusi diqqət yetirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə icra edilən “Onlayn Azərbaycan” layihəsi genişzolaqlı internetin əhatə dairəsini qısa müddətdə 9 faizdən 99,7 faizə yüksəltməklə milyonlarla ev və iş yerini sürətli internetlə təmin edib. Bu transformasiya, eyni zamanda Azərbaycanın BMT-nin E-Hökumət İnkişaf İndeksində əhəmiyyətli irəliləyiş əldə etməsinə də töhfə verib.

Nəşrdə “Aztelekom”un və sektorun digər aparıcı oyunçularının əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihənin ölkənin rəqəmsal infrastrukturunu gücləndirmək və internetə çıxışı genişləndirmək məqsədini daşıdığı qeyd olunur. Məqalədə layihə çərçivəsində aparılan təhlillərin, texniki-iqtisadi əsaslandırmaların və infrastruktur planlamalarının effektivliyi, təchizat zəncirinin effektiv idarə olunması və logistika proseslərinin yüksək dəqiqliklə icra edilməsinə xüsusi diqqət ayrılıb.

“Harvard Business Review Türkiye”nin baş redaktoru Serdar Turanın suallarını cavablandıran Tural Pirverdiyev bu təşəbbüsün rəqəmsal savadlılıq və istifadəçi adaptasiyasına da xüsusi diqqət yetirərək ölkənin uzunmüddətli rəqəmsal transformasiya hədəflərinə xidmət etdiyini qeyd edir: “Rəqəmsal xidmətlərin geniş tətbiqi cəmiyyətin və biznes mühitinin modernləşməsinə töhfə verərək Azərbaycanın qlobal rəqəmsal indekslərində daha yüksək mövqelərə yüksəlməsinə imkan yaradıb”.

Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin ölkənin iqtisadi şaxələndirilməsini təşviq edərək rəqəmsal iqtisadiyyata keçidini sürətləndirməsini və Azərbaycanın qlobal ticarət dəhlizlərindəki mövqeyini gücləndirməsini xüsusilə vurğulayıb. Onun qeyd etdiyinə görə, bu cür genişmiqyaslı infrastruktur yatırımları sayəsində internet sürətində əhəmiyyətli irəliləyişlər əldə olunub, e-hökumət xidmətləri genişləndirilib və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verilib.


“Şərq”ə açıqlamasında Azərbaycanın rəqəmsal transformasiyasını dəyərləndirən Osman Gündüz də bildirib ki, ölkəmizdə elektron hökumətin inkişafı, rəqəmsal hökumətə keçid, texnoloji transformasiya, informasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında payının artırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu tədbirlər də  ölkəmizin dünya miqyasında qabaqcıl yerə çıxmasına və innovasiyaların cəmiyyətin ən müxtəlif sahələrində tətbiqinə, ölkəmizdə biliklərə əsaslanan bir iqtisadiyyatın qurulmasına, eləcə də müasir və gələcək çağırışlara adekvat cavab verməyə imkan yaradacaq: 

“Azərbaycanın İKT sektoru 2024-cü ildə rəqəmsallaşma və innovasiya baxımından əhəmiyyətli nailiyyətlər əldə edib. Cari ildə də bu prosesin davam etdirilməsi və rəqəmsal iqtisadiyyatın qeyri-neft sektoru daxilində əsas rol oynaması gözlənilir. Ölkənin mövqeyi gücləndikcə, həm regional, həm də qlobal bazarlarda rəqabət qabiliyyəti artacaq. Ötən il çoxsaylı hüquqi sənədlərə dəyişikliklər edilməklə şəxsiyyət vəsiqəsi və bir neçə sənəd tam rəqəmsallaşdırılıb. Kağızdan kütləvi imtina bu il yaddaqalan olub. İRİA-nın bu sahədə fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. İRİA, Elm və Təhsil Nazirliyi və AzTU təşəbbüsü ilə bu il universitetlərə qəbul prosesində kağızdan və paralelçilikdən imtina edilib, tonlarla kağız toplanmasına son qoyulub, yalnız rəqəmsal qeydiyyata üstünlük verilib. Adı çəkilən qurumların datası əsasında rəqəmsal tələbə kartları tətbiq edilib.

myGov-un populyarlığı nisbətən artıb. Rəqəmsal hökumət quruculuğu sahəsində BMT-nin iki ildən bir dərc edilən hesabatında ölkə üzrə irəliləyiş əldə edilib.

Polisin rəqəmsallaşması, e-Polis mobil tətbiqinin, "102 SOS" rəqəmsal həllin hazırlanması və istifadəyə verilməsi də bu sektorda cari ildə yaddaqalan məqam olub. Bir sıra mərkəzi icra qurumları, Mədəniyyət Nazirliyi, ADY, ETSN, Ədliyyə Nazirliyi, ƏƏSMN, Səhiyyə Nazirliyi özlərinin rəqəmsal transformasiya konsepsiyalarını qəbul ediblər. Əmək müqavilələrinin tam elektronlaşdırılması, SİMA rəqəmsal imzanın populyarlaşması da rəqəmsal transformasiyaya müsbət təsir edib".

Avropa Komissiyasının süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı üçün 1,3 milyard avro investisiya ayırdığını vurğulayan O.Gündüz deyib ki, bu vəsait "Rəqəmsal Avropa Proqramı" çərçivəsində texnoloji tədqiqatlara, startaplara və rəqəmsal xidmətlərin inkişafına yönəldiləcək. Avropa innovasiya sahəsində güclü mövqe tutmaq və texnologiya sahəsində liderliyini qorumaq üçün strateji layihələrə dəstək verir. Bu təşəbbüs bizim üçün də nümunə olmalıdır. Rəqəmsal bacarıqların inkişafı, innovasiya ekosisteminin qurulması və kibertəhlükəsizlik sahəsində güclənmək üçün oxşar proqramlara ehtiyacımız var. Azərbaycanda süni intellekt və texnologiya startaplarının inkişafı üçün bu cür təşəbbüsləri genişləndirmək vaxtıdır: “Belə ki, ölkəmizdə hələ də  rəqəmsal transformasiya konsepsiyası, Rəqəmsal Məcəllə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası, Data və süni intellektin inkişafına yönəlik strategiya, “İnnovasiya fəaliyyəti haqqında” qanun, vençur maliyyələşmə və vençur fondları haqqında qanun, dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə qaydaları, distant təhsilin təşkili qaydaları, açıq məlumat bazaları haqqında qanun, dronların qeydiyyat qaydaları və digər mühüm sənədlər hələ də qəbul edilməyib. Onu da deyim ki,  ölkəmizin telekommunikasiya sahəsinin iştirakçıları olan özəl sektorun nümayəndələri də innovativ texnologiyaların tətbiqi üçün texnoloji

təməlin inkişafı məsələsinə xüsusi diqqət yetirməli, bu sabit bazanın inkişafı və yenilənməsinə sərmayə yatırmalıdırlar, çünki bir qayda olaraq məhz keyfiyyətli və sağlam sabit texnoloji baza gələcəkdə əlavə xərclərin çəkilməsinin qarşısını əhəmiyyətli şəkildə alır. Eyni zamanda, müxtəlif şirkətlərin – telekommunikasiya operatorlarının təşəbbüslərlə çıxış etməsi, yeni texnoloji istiqamətlərə sərmayə yatırması İKT sektorunun dayanıqlı inkişafını da təmin edər və informasiya cəmiyyətinə keçid prosesini daha da

sürətləndirər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see271

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see256

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see250

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see250

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see245

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see243

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see241

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see233

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see228

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see227

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see222

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see214

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see213

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see212

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see203

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see201

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see198

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see188

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see164

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri