Aqrar Xidmətlər Agentliyinin sədri ADAU nun tələbələri ilə görüşüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Gəncə, 22 aprel, Elcan Məmmədov, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və sədr müavini Elməddin Namazov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq fakültəsinin professor-müəllim və bir qrup tələbə heyəti ilə görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov son illərdə Aqrar Universitet məzunlarının işlə təmin olmasında müsbət artım dinamikasının olduğunu diqqətə çatdırıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə olan epizootik vəziyyət barədə məlumat verib. Daha sonra Aqrar Xidmətlər Agentliyin sədr müavini Elməddin Namazov tələbələrin baytar həkim kimi fəaliyyət göstərmələri üçün təşviqedici söhbətlər aparıb, məsləhət və tövsiyələrini səsləndirib.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra Vivarium, Anatomiya və Patoloji anatomiya muzeylərinə baxış keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















