Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Aqrobiznesin İnkişafı Forumu

Aqrobiznesin İnkişafı Forumu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünən Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu toplantı iştirakçıları tərəfindən ötən ilin noyabrında paytaxtımızda reallaşan COP29-dan sonra Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında iqlimə dayanıqlı kənd təsərrüfatının təşviqi istiqamətində həyata keçirilən əməkdaşlığın növbəti praktik nümunəsi kimi yüksək dəyərləndirilib. Bu əməkdaşlıq çərçivəsində forumun əsas məqsədinin aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşmə mexanizmlərinin tətbiqi, “yaşıl” subsidiyaların təşviqi və ictimai-özəl dialoqun gücləndirilməsi olduğu bildirilib.

“Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” mövzusuna həsr olunan toplantıda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bank, Azərbaycan Qida Təhlükəsizliyi, habelə Kiçik və Orta Biznesin İnkişafı agentlikləri və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Azərbaycan Banklar Assosiasiyasının, respublikada fəaliyyət göstərən bankların, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların və kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildiyini diqqətə çatdırıb. Reallaşdırılan siyasət nəticəsində ölkənin dayanıqlı inkişafının təmin edildiyi qeyd olunub. Nazir, eyni zamanda, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək bütün subyektlərin dəstəklənməsinin əsas prioritetlər sırasında qərarlaşdığını da vurğulayıb.

Kənd təsərrüfatı nazirinin sözlərinə görə, aqrar sektora göstərilən dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir. Eyni zamanda, IV Aqrobiznesin İnkişafı Forumunun bu il “Harmoniyaya gedən yol” mövzusunda keçirilməsi iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın yaradılmasından, dövlət və özəl sektor arasında güclü dialoqun qurulmasından, fermerlərin səsinin eşidilməsi və qərarların iştirakçılıq əsasında formalaşmasından xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında bildirib ki, qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a evsahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Həmin təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir.

Forumda bildirilib ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılıb. Həmin təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə kömək edir.

Tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından danışıb. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil edən Azərbaycanın qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadığını, iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.

Nabil Gangi iqlim dəyişikliyi, torpağın deqradasiyası, qida tələblərinin dəyişməsi və kənd miqrasiyasının mövcud olduğu müasir dövrdə yeni texnologiya və innovasiyalardan geniş istifadənin dayanıqlı inkişafa aparan körpü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda innovasiyaların, məhsuldarlığı və səmərəliliyi artırmaq üçün müasir texnologiyaların tətbiqinə önəm verilir, ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən qabaqcıl təcrübələrdən geniş istifadə olunur.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın moderatorluğu ilə “Azərbaycanda aqrobiznesin inkişafına baxış” mövzusunda yüksəksəviyyəli panel sessiya təşkil olunub. Paneldə Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək aqrobiznesin davamlı inkişafı üçün strateji dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi, iqlimə dayanıqlılıq və davamlı inkişaf üçün aqrobiznesin innovasiyası imkanları mövzusunda fikirlərini bölüşüblər.

Forum çərçivəsində kənd təsərrüfatı sektorunda “İlin fermeri” nominasiya üzrə qalib gəlmiş 3 fermerə və 2 nümunəvi təsərrüfatın rəhbərinə mükafatların təqdim olunması mərasimi də keçirilib. Fermerlərə aqrar sahədə qazandıqları nailiyyətlərə görə Fəxri fərman və dəyərli hədiyyələr təqdim edilib.

IV Aqrobiznesin İnkişafı Forumunda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar” mövzusunda təqdimat keçirib.

Forum işini "Maliyyə təşviqləri və aqromaliyyələşmə həlləri" və “2024-cü ildə aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi" mövzularında dəyirmi masalarla davam etdirib. Mütəxəssislər təqdimatlar edib, aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər, aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, aqrar sığortanın əhəmiyyəti, aqrar sahənin dayanıqlı inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri