Icma.az
close
up
RU
Bakıda IV Aqrobiznesin İnkişafı Forumu keçirilir Fotolar

Bakıda IV Aqrobiznesin İnkişafı Forumu keçirilir Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi  ilə IV Aqrobiznesin İnkişafı Forumu keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, forum, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında iqlimə dayanıqlı kənd təsərrüfatının təşviqi istiqamətində həyata keçirilən əməkdaşlığın növbəti praktik nümunəsidir. 

Bu əməkdaşlıq çərçivəsində forumun əsas məqsədi aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşmə mexanizmlərinin tətbiqi, yaşıl subsidiyaların təşviqi və ictimai-özəl dialoqun gücləndirilməsidir. “Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” mövzusuna həsr olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların və kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.

Həyata keçirilən siyasət nəticəsində ölkənin dayanıqlı inkişafı təmin edilir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək bütün subyektlərin dəstəklənməsi əsas prioritetlərdəndir. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir: “4-cü Aqrobiznesin İnkişafı Forumu bu il “Harmoniyaya gedən yol” mövzusunda keçirilir. Bu, sadəcə şüar deyil, bu, iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın yaradılması, dövlət və özəl sektor arasında güclü dialoqun qurulması, fermerlərin səsinin eşidilməsi və qərarların iştirakçılıq əsasında formalaşması deməkdir. Forumun proqramında təqdim olunacaq mövzular, yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri, ölkəmizin aqrar siyasətinin gələcək istiqamətlərini formalaşdıracaq”.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isə göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Bu təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir. COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə köməklik edir.

Tədbirdə çıxış edən FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından bəhs edib. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil edən Azərbaycanın qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadığını, iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.

Nabil Gangi iqlim dəyişikliyi, torpağın deqradasiyası, qida tələblərinin dəyişməsi və kənd miqrasiyasının mövcud olduğu müasir dövrdə yeni texnologiya və innovasiyalardan geniş istifadənin dayanıqlı inkişafa aparan körpü olduğunu qeyd edib. Azərbaycanda innovasiyaların, məhsuldarlığı və səmərəliliyi artırmaq üçün müasir texnologiyaların tətbiqinə önəm verilir, ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən qabaqcıl təcrübələrdən geniş istifadə olunur.

Tədbir çərçivəsində FAO-nun 80 illiyi və Azərbaycanla əməkdaşlığı çərçivəsində əldə olunmuş nailiyyətlərə dair hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın moderatorluğu ilə “Azərbaycanda Aqrobiznesin İnkişafına baxış” adlı panel sessiya təşkil olunub. Paneldə Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək, aqrobiznesin davamlı inkişafı üçün strateji dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi, iqlimə dayanıqlılıq və davamlı inkişaf üçün aqrobiznesin innovasiyası imkanları mövzusunda fikirlərini bölüşüblər.

Forum çərçivəsində kənd təsərrüfatı sektorunda “İlin fermeri” nominasiya üzrə qalib gəlmiş 3 fermerə və 2 nümunəvi təsərrüfatın rəhbərinə mükafatların təqdim olunması mərasimi də keçirilib. Fermerlərə aqrar sahədə qazandıqları nailiyyətlərə görə Fəxri Fərman və dəyərli hədiyyələr təqdim edilib.

IV Aqrobiznesin İnkişafı Forumunda həmçinin Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar” mövzusunda təqdimat keçirib.

Forum öz işini panel sessiyalarla davam etdirir.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri