Icma.az
close
up
RU
AQSİA dan strateji addım: 8 Martda gələcəyin liderlərinə dəstək

AQSİA dan strateji addım: 8 Martda gələcəyin liderlərinə dəstək

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) bu il 8 Mart Beynəlxalq Qadınlar Gününü ənənəvi formatda qeyd etməmək qərarına gəlib. Belə ki, Assosiasiya ADA Universitetinin Hüquq fakültəsindən 10 istedadlı tələbə qızın Avropanın nüfuzlu hüquq müsabiqələrində iştirakına maliyyə dəstəyi ayıraraq strateji bir təşəbbüs həyata keçirib.

AQSİA-dan SİA-ya verilən xəbərə görə, bu qərar ADA Universitetinin hüquq sahəsində əldə etdiyi tarixi nailiyyətlərlə bağlıdır. Universitetin tələbələri ilk dəfə olaraq Avropa Hüquq Məhkəməsi Müsabiqəsində (ELMC) iştirak edərək 80 komanda arasından ilk 48-liyə daxil olub və Fransanın Lyon şəhərində keçiriləcək regional mərhələyə vəsiqə qazanıb. Eyni zamanda, Helga Pedersen Məhkəmə Müsabiqəsində də uğurla iştirak edərək Litvanın Vilnüs şəhərində keçiriləcək mərhələyə dəvət olunublar.

Bu beynəlxalq hüquq müsabiqələri Avropa İttifaqı və Avropa Şurası çərçivəsində həyata keçirilir və hüquq sahəsində gələcəyin ixtisaslı kadrlarını hazırlamağı hədəfləyir. AQSİA-nın dəstəyi ilə ADA Universitetinin tələbələri bu mühüm platformalarda iştirak edərək peşəkar inkişaf yolunda önəmli bir addım atmış olurlar.

AQSİA sədri Səkinə Babayeva təşəbbüsün əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün dəstək verdiyimiz gənc hüquqşünaslar gələcəkdə ölkəmizin və beynəlxalq hüquq sisteminin inkişafına töhfə verəcəklər: “Onları inamla irəli göndərir və uğurlarına inanırıq.

Layihənin maliyyə dəstəyi AQSİA üzvlərinin illik üzvlük haqları və Assosiasiyanın üzvü olan ADA İnter MMC xaricdə təhsil şirkətinin rəhbəri İradə Ağamirova tərəfindən təmin edilib.

AQSİA bütün üzvlərinə göstərdikləri dəstəyə görə təşəkkür edir. Bu təşəbbüs bir daha sübut edir ki, qadın sahibkarlar yalnız biznes sahəsində deyil, həm də gələcəyin peşəkar liderlərinin formalaşmasına töhfə verməkdə mühüm rol oynayırlar.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri