AQTA dan heyvanlarla bağlı XƏBƏRDARLIQ
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Payız-qış mövsümündə heyvanlar arasında xüsusi təhlükəli, zoonoz və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə müxtəlif heyvanlar arasında xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə planlı epizootoloji monitorinqlər aparılır.
"Monitorinqlər zamanı təsərrüfatlara baxış keçirilir, klinik müşahidələr aparılır, laborator müayinələr üçün nümunələr götürülür. Həmçinin epizootoloji məlumatlar toplanaraq təhlil edilir və müvafiq göstəricilər elektron sistemdə qeydiyyata alınır. Heyvan sahibləri və təsərrüfat subyektləri arasında maarifləndirmə tədbirləri də həyata keçirilir",-deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, heyvanların identifikasiyası və qeydiyyatı xəstəliklərə qarşı profilaktik tədbirlərin daha effektiv aparılmasına imkan verir:
"AQTİS-də qeydiyyata alınan məlumatlar vasitəsilə heyvanların hərəkətini izləmək, riskli təsərrüfatları müəyyənləşdirmək, peyvəndləmə və digər baytarlıq tədbirlərini planlaşdırmaq mümkündür.
Xəstəlik halı qeydə alındıqda mənbənin və təmasda olmuş heyvanların operativ müəyyənləşdirilməsi də bu sistem vasitəsilə asanlaşır. Bununla yanaşı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında xaricdən yoluxucu heyvan xəstəliklərinin ölkəyə keçməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri aparılır.
Müvafiq tədbirlər ilboyu, o cümlədən payız-qış mövsümündə xəstəliklərin yayılma riskləri nəzərə alınmaqla davam etdirilir".
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 10 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















